18 mart 2025-ci il tarixində Bakı Avrasiya Universitetində ATGTİ və AMK-nın (TGT) birgə təşkilatçılığı ilə Novruz festivalı keçirilib. Tədbirin bədii hissəsi Azərbaycan Milli Konservatoriyasının istedadlı tələbələrinin iştirakı ilə baş tutub. Həzrət Əzizli, Elvin Məmmədzadə, Nuray Şuşalı, Xəyal Məmmədov, Ədilə Əliyeva, Səbinə Əhmədovanın ifasında ənənəvi musiqisinin seçilmiş nümunələri səsləndirilib. AMK-nın “Uğur” xor kollektivinin (bədi rəhbər – Gülay Mahmudova; xormeyster – Bahar Osmanlı ) iştirakı tədbirə xüsusi maraq qatıb. Festivala AMK-nın magistrantı Zeynəb Bağır aparıcılıq edib.