18 iyun tarixində “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda əlyazma və sənədlər sərgisi təşkil olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda keçirilən sərgi “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb.
Sərgidə Beynəlxalq musiqişünaslıq simpoziumunun mövzusuna uyğun olaraq musiqiyə dair müxtəlif risalələr təqdim edilib.
İştirakçılara burada nümayiş olunan 37 eksponat haqqında ətraflı məlumat verilib.
Azərbaycan, türk, fars və ərəb dillərində yazılmış bu eksponatlar arasında musiqiyə dair risalələr, eləcə də orta əsrlərə aid əlyazma miniatürlərində təsvir olunan musiqi alətləri xüsusi maraq doğurub.
Sərgi ziyarətçilərin böyük marağına səbəb olub.