13 iyun Azərbaycan Milli Konservatoriyası 24 ilini qeyd edib.Bu münasibətlə AMK nın “Muğam” zalında çay süfrəsi təşkil olunub. AMK nın rektoru, Xalq artisti Siyavuş Kərimi İdarə heyəti üzvlərinə Azərbaycan Milli konservatoriyasının tarixinə nəzər salaraq xatirələrini bölüşüb.Ulu öndər Heydər Əliyevin əmanəti olan bu təhsil ocağının onun üçün nə qədər əhəmiyyət daşıdığını dilə gətirib.
AMK yarandıqdan Xalq artisti,Rektorumuz Siyavuş Kəriminn yanında olan heyət üzvləri də maraqlı məqamlardan söhbət açıb..Bu illər ərzində günü -gündən inkişafa doğru gedən musiqi məbədimizin daha da ucalacağından əminik.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli qərarı ilə “Azərbaycan Milli Konservatoriyası”nın təsis edilməsi haqqında xüsusi fərman verilib.Bir il sonra Prezident Heydər Əliyevin 10 avqust 2001 ci il tarixli “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında” verdiyi geniş sərəncamına əsasən Azərbaycan Milli Konservatoriyasının tərkibinə Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası daxil edilib.Bu sərəncama əsasən Konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Əşrəf oğlu Kərimi təyin edilib.
Qeyd etməliyik ki bu ilin 02.04.2024 tarıxındə “Təhsil Haqqında”Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə Azərbaycan Milli Konservatoriyası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olub.