12 mart 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında əməkdar artist Zenfira İsmayılovanın sinfi tərəfindən hazırlanmış “Bahar Rüzgarı” adlı konsert proqramı təqdim olunub. Milli Vokal kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirdə həm Avropa, həm də Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Proqramda A.Stradella, J.Bize, V.Bellini, C.Verdi, C.Puççini, O.Respixi,E,De Kurtis, İ.Kalman kimi dünya bəstəkarlarının əsərləri ilə yanaşı, F.Əmirov, E.Sabitoğlu və T.Quliyevin musiqi nümunələri də yer alıb. Konsertdə əməkdar artist Zenfira İsmayılovanın yetirmələri Günel Əsədova, Mikayıl Nəsirov, Bahar Tağıyeva, Nigar Rüstəmova, Şəkurə Rəhimli, Ləman Əhmədova, Sara Hüseynova, Fidan Mənsurova, Həyat Yusifova, Turan Səfərova, Lalə Məmmədova, Nəzrin Quliyeva və Ruzim Məmmədli çıxış edib. İfaçıları konsertmeysterlər Vəfa Əzizova və Rəhiməxanım Qurbanova müşayiət edib.