18 dekabr 2025-ci ildə Azərbaycan Milli Konservatoriyasının nümayəndələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin yaradılmasının 10 illiyinə həsr olunan “10 il birlikdə” adlı yubiley tədbirində iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivinin (bədii rəhbər və dirijor: əməkdar müəllim Təranə Yusifova), həmçinin AMK-nın müəllimi İbrahim Babayev və tələbələrinin birgə çıxışı baş tutub.

Yubiley tədbirində dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri, gənclər və könüllülər iştirak ediblər.