Diqqət! Möhtəşəm Məzun Günü yaxınlaşır!
Azərbaycan Milli Konservatoriyasında illərlə davam edən zəhmət, əzmkarlıq və sənət sevgisinin nəticəsi olan Məzun Günü artıq qapımızdadır!
Tarix: 24 iyun
Saat: 12:00
Məkan: Azərbaycan Milli Konservatoriyası (AMK)
Sizi bu əlamətdar gündə bizimlə birlikdə olmaq, məzunlarımızın sevinclərinə, duyğularına və yeni başlanğıclarına şahidlik etməyə dəvət edirik!
Bu gün tələbəlik həyatına vida edən məzunlarımız, artıq sənət yollarında inamla addımlamağa hazırdırlar. Onlara gələcək fəaliyyətlərində sonsuz uğurlar arzulayır, hər birinin Azərbaycan musiqisinin, mədəniyyətinin və Konservatoriyamızın dəyərli təmsilçiləri olacaqlarına ürəkdən inanırıq.
Əziz məzunlar, yolunuz açıq, uğurlarınız bol olsun!
Bu gün sizin bayramınızdır – gəlin bu sevinci birgə paylaşaq!