Azərbaycan Milli musiqisi İordaniyada

İordaniya dinləyicilərinə Azərbaycan Milli musiqisi təqdim olunub.   İyulun 12-də Azərbaycan Milli Konservatoriyası (AMK) və İordaniya Haşimilər Krallığı ‘Abdul Hameed Shoman Fondu’nun birgə təşkilatçılığı ilə paytaxt Amman şəhərində böyük konsert keçirilib.   Amman şəhərinin tarixi Odeon Teatrında keçirilən konsertdə İordaniya Haşimilər Krallığı Milli Orkestrinin ifasında Azərbaycan Milli musiqiləri səsləndirilib. Konservatoriyanın müəllimi, dosent, Əməkdar artist Fəridə […]

Ətraflı >>

AMK-nın tələbəsi “Testene Art San Marino” beynəlxalq müsabiqəsinin qalibi olub

İyulun 4-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, professor Siyavuş Kərimi San Marinoda keçirilən “Testene Art San Marino” beynəlxalq musiqi müsabiqəsinin qalibi olan AMK-nın İfaçılıq (Xalq Çalğı Alətləri – Balaban) fakültəsinin I kurs tələbəsi Ramin Pələngov ilə görüşüb.   Rektor, professor Siyavuş Kərimi ilk öncə Ramin Pələngovu qalibiyyət münasibəti ilə təbrik edib. Daha sonra Milli Musiqinin təbliğində […]

Ətraflı >>

Tələbə gənclərdən muğama sevgi və rəğbət: ‘Muğamın müasir dinləyiciləri’

İyunun 30-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Milli Konservatoriyası (AMK) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə “Muğamın müasir dinləyiciləri” adlı konsert keçirilib.   Bakı Musiqi Akademiyasının Opera Studiyasında baş tutan konsertdə AMK-nın tələbələri musiqi proqramı ilə çıxış ediblər.   Konsertdə milli muğamlarımızı səsləndirən […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyası tələbələrinin nəzərinə | ELAN

Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə konservatoriya daxilində ‘Tələbə Klubları’nın yaradılmasına start verilib.   2017-2018 tədris ilindən etibarən Konservatoriyada 7 inkişafyönümlü tələbə klubları fəaliyyət göstərəcək.   Tələbə klubların yaradılmasında məqsəd, ali məktəb həyatını daha da əyləncəli hala gətirmək və tələbələrin ortaq maraq dairəsində, klubların sahələrinə uyğun olaraq geniş layihələr həyata keçirməkdir.   Klublar, […]

Ətraflı >>

‘Azərbaycan inciləri uşaqların gözü ilə’

İyunun 13-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Böyük zalında ‘Azərbaycan inciləri uşaqların gözü ilə’ adlı konsert keçirilib.   Konsertdə AMK-nın nəznində fəaliyyət göstərən A. N. Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasının 3 A sinif şagirdləri xüsusi musiqi proqramı ilə çıxış ediblər.   Şagirdlər, Azərbaycan mədəniyyətini, milli musiqilərini yaratdıqları səhnələrlə fərqli şəkildə tamaşaçılara təqdim ediblər. Xüsusilə dahi bəstəkar […]

Ətraflı >>