Page 86 - Konservatoriya 1.1
P. 86
düzəni. 16. Yegah düzəni. 17. Şur düzəni.
Ümumiyyətlə, transpozisiyalardan vokal ifaçılıq daha çox faydalanır.
Xanəndənin səs diapazonuna müvafiq tonalliğın seçilməsiylə onun ifa
çətinlikləri azaldılır. Əksər xanəndələrimizin zil registrli muğamları və
muğam şöbələrini ümumiyyətlə ifa etmədikləri danılmaz həqiqətdir. Bu
baxımdan muğam tonallıqlarının köçürülmələri zəruridir. Müqayisə üçün
bu problemə qonşu ölkələrdəki muğam mütəxəssislərinin münasibətini
öyrənək.
İran dəstgahlarının tonallıq sistemi demək olar ki, bizim sistemimizlə
eynidir, ancaq stabil deyildir. İstər klassik, istərsə də müasir ifa to-
nallıqlarında transpozisiyalar müşahidə olunur. Yəni xanəndə öz səsinə
müvafiq tonallıqda dəstgahı ifa edir və normal qəbul olunur. Eləcə də
Türkiyə və ərəb makamlarının əsl tonallıqlarının transpozisiyası ta
qədimnən mövcuddur. Zənn edirəm ki, tarixin sınaqlarından keçmiş və
özünü doğrultmuş “şədd” qaydalarından faydalanmağın vaxtı çatıbdır.
Əlbəttə ki, bu köçürülmələri edərkən məqamların əsas tonallıqlarından
çox uzaqlaşmamaq şərti önəmlidir. Bu qaydaları tətbiq etməklə
xanəndəlik sənətində səs diapazonu problemləri azalacaq, instrumental
ifaçılıq yeni məqam pozisiyaları əldə edəcək və ifaçılıq sferası
genişlənəcəkdir.
Təbii ki, bir müddət yeni tonallıqların tətbiq olunması nəticəsində in-
strumental ifaçılar texniki çətinliklərlə üzləşəcəklər. Bu çətinliklər in-
strumental ifaçılıq vərdişlərindən kənar pozisiyalara çıxılması və alətin
akustik səslənmə keyfiyyətinin müəyyən qədər dəyişilməsi ilə əlaqədar
yaranır. Digər tərəfdən, muğamların möhürlənmiş tonallıqlardan icrası
alətlərdə bir çox pozisiyaların işlədilməməsinə səbəb olmuşdur. Bu
səbəbdən standart, əzbərlənmiş çalğı fəndləri və eyni applikaturaların
təkrarlanması, ifaçıların improvizə fantaziyasını məhdudlaşdırır, onların
yaradıcılıq potensialını passivləşdirir. Bu baxımnan “şədd” etmə instu-
mental ifaçıların peşəkarlıq təcrübəsinin artırılmasına, alətin pozisiya
imkanlarından istifadə etməklə ifaçılıq vərdişlərinin inkişaf etdirilməsinə
yol açır.
Mövcud problemləri aradan qaldırmaq üçün yeni məqam tonallıq-
larının tədris olunmasını təklif edirəm. Bu tonallıqların seçılməsi iki
ümumi-kökdən bəhrələnir və bu sistemin boş qalmış xanələrini
tamamlayır. Beləliklə yeni köklənmələri qəbul etməklə vokal ifaçılıq
probləmlərinin azalması, instrumental ifaçılıq sferasının genişlənməsi ilə
yanaşı ümumi məqam sistemimizin tamamlanmasına nail olarıq.
Yeni köklənmələrin tonallıqları tar alətinin narahat pozisiyalarına
təsadüf edir. Ehtimal edirik ki, elə bu səbəb həmin tonallıqların nə vaxtsa
86