Page 87 - Konservatoriya 1.1
P. 87
ləğv olunmasıyla nəticələnmişdir. Ümumiyyətlə simli-pərdəli alətlərin,
eləcə də tarın qolunda zil pozisiyalardan bəm pozisiyalara doğru pərdələr
arası məsafələrin tədricən genişlənməsi müşahidə olunur. Bu səbəbdən
zilə nisbətən bəm pozisiyalarda applikaturalarının icrası zamanı birinci
və üçüncü barmaqlar arasındakı məsafə daha geniş götürülür. Nəticədə
barmaqların gərilməsi ifaçı üçün fiziki çətinliklər yaradır. Ancaq zən-
nimcə fiziki çətinlikləri nəzərə alıb bu pozisiyalara təsadüf edən məqam
“şədd”lərindən imtina etməklə ümumi məqam dövriyyəsini pozmuş
olarıq. İlk növbədə sistemi tamamlamaq üçün vacib olan “şədd”lərin to-
nallıqlarını və köklənmə qaydalarını təyin etməliyik.
Tar alətində muğamların fərdi köklənmələri, simlərin məqamların əsas
istinad pərdələrinə nizamlanması ilə əldə edilir. Bununla yanaşı tar
alətinin akustikası da nəzərə alınır. Yeni köklənmələrin düzgün akusti-
kasını yaratmaq üçün diqqətli olmaq lazımdır. Köklənən səslərin nisbəti
muğamdakı əsas pərdələrin əhəmiyyətinə görə güclüdən zəifə doğru
növbələşməlidir. Ən güclü pərdə üçün müvafiq olaraq köklənən sim-
lərdən daha davamlı səslənmə yarada bilən və həmin tonallığa interval
yaxınlığı olan sim nəzərə alınmalıdir. Burada simin sayı, qalınlığı da
akustikaya təsir edir. Eyni zamanda tar alətinin texniki və akustik imkan-
larını göstərmək üçün köklənən simlər vasitəsiylə müxtəlif səpgili metro-
ritmik ölçülü mizrab üslubları, ştrixlər, çalğı priyomları ilə çeşidli in-
tonasiya çalarları yaradılır, muğam ahənginin emosional təsiri
gücləndirilir. Müvafiq muğama uyğun köklənən simlər tarın çanağında
davamlı səslənmə yaratmaqla bir növ muğama dəm saxlama vəzifəsi də
daşıyır. Bütün bu amillər köklənmə zamanı nəzərə alınmalıdır.
Yeni məqam tonallarının təyinatı “dəng” münasıbətləri qaydası ilə
müəyyənləşdirilib bərpa edilir. “Rast”, “Şur”, “Segah”, “Şüştər”,
“Bayatı-Şiraz”, “Bayatı-kürd”, “Çahargah” qəbilli məqamların əsasını
onların məqam qəliblərini istənilən pərdədən qurmaq olarmı? Əlbəttə,
yox. Bu cəhət qeyri-temperasiyalı məqam-pərdə sistemini temperasiyalı
pərdə sistemindən fərqləndirən başlıca dəlildir. Məqamların təşkilində
əsas meyar, ölçü vahidi “dəng”lərdir. Eyni qəbilli məqam qruplaşmaları
eyni ölçülü interval aralıqlarının növbələşməsi ilə sistemləşir. Odur ki,
“Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Bayatı-Şiraz”, “Bayatı-kürd”,
“Çahargah” “ev”ləri ahəng qanunu əsasında qurulmalıdır. Bu mütəna-
siblik İran, Türkiyə, ərəb məqamlarında da saxlanılır.
Ayrılıqda hər bir muğamımızin daxili quruluşunda məqam münasi-
bətləri düzgün ardıcıllıqla siralanıbdır. Ancaq fərqli səssırası olan
məqamların bir araya gətirilməsini, bunların qovuşma qaydalarının dəqiq
nəzəriyyəsini yalnız 17 pərdəli səs sistemini, “dəng”lərin quruluşunu və
87