Page 90 - Konservatoriya 1.1
P. 90
4. “Yalxın -segah” – (re)
5. “Haşım-segah” – (sol)
“Bayatı-ġiraz” qəbilli məqamların kvartalar dairəsi:
1. “Bayatı-Şiraz” - (sol)
2. “Manəndi-Müxalif” – (do)
3. “Manəndi-Müxalif” – (fa)
“ġur” qəbilli məqamların kvartalar dairəsi:
1.“Bayatı-Kürd” - (lya)
2.“Vilayəti-Dilkeş” – (re)
3.“Şur” – (sol)
4.“Şur-Şahnaz”(Şahnaz -Xarə) – (do)
“Çahargah” qəbilli məqamların kvartalar dairəsi:
1.“Hisar” – (sol)
2.“Çahargah” – (do)
“Humayun” qəbilli məqamların kvartalar dairəsi:
1.“Müxalif” – (lya mücənnəb)
2.“Humayun” – (re mücənnəb)
Göründüyü kimi bəzi qəliblərin dövriyyəsindəki natamamlıq nəzəri
cəlb edir və tamlaşması tələb olunur. Çünki hər məqam qəlibinin yeddi
yeri təyin olunmalıdır. Həmin tonallıqları bərpa etmək mümkündür.
Ancaq bu tonallıqlara istinad edən məqam adları ölkəmizdə tanınmadığı
üçün hələlik transpozisiya kimi qəbul edə bilərik.
İki ümumi-kökə əsaslanan muğamlarımız iki sistemdə qruplaşsalar da
bunlardan yalnız biri əsas ola bilər, digəri isə köçürülmədir. Əsas ümumi-
kökü təyin edək.
Birinci “fa” “Rast” (pianoda “mi”), ikincisi “sol” “Rast”a (pianoda “fa
diyez”) əsaslanır. Ümumilikdə “fa” “Rast”a əsaslanma üstünlük təşkil
edir. “Şur”, “Bayatı-Qacar”, “Mirzə Hüseyn segahı”, “Bayatı-Şiraz”,
“Kürdü-Şahnaz”, “Şüştər”, “Hümayun”, “Mahur-hindi”, “Bayatı-kürd”
(“sol-mi bemol”), “Dəşti” (“sol-do”), “Zabul-segah”, “Rahab” (“do-sol”),
“Rahab” (“sol-do”) “Dügah” (“mi bemol”) və “Xaric segah” muğamları
“fa” “Rast” kökünə əsaslanırlar. “Rast”, “Çahargah”, “Qatar”, “Çoban-
bayatı”, “Bayatı-kürd” (“lya-re”), “Dəşti” (“lya-re”) muğamları isə “sol”
“Rast” kökünə əsaslanırlar.
Birinci sistemdə əskik olanlar:
1.“Rast” - (fa)
2.“Çahargah” – (si bemol)
İkinci sistemdə əskik olanlar:
1.“Şur” – (lya)
2.“Bayatı-Şiraz” – (lya)
90