Page 93 - Konservatoriya 1.1
P. 93
“Zəlzəl” “vüsta”sı (384 sent), “Şur”a nəzərən “böyük mücənnəb” (180
sent) intervalında qurulmalıdır. Məqam sistemimizdə əsas tonallıqlar “fa”
“Rast” ümumi-kökü üzrə qurulduğu üçün tarımızın qolunda “lya
mücənnəb” (“Mirzə Hüseyn segahı”, “Müxalifi-Çahargah”) və paralel
“re mücənnəb” (“Yalxın segah”, “Hümayun”) pərdəsi saxlanılmışdır.
Eləcə də “si bemol” və paralel “mi bemol” pərdələrindən bir komma bəm
olan “vəsət” pərdə saxlanılmışdır. Ancaq bu pərdələrin oktava yuxarıda
qarşılıq pərdələri bağlanmamışdır. “Si mücənnəb” (“Xaric-segah”) və
paralel “mi mücənnəb” (“Orta segah”) pərdəsi naqis olaraq qalmışdır. Bu
naqislik tək tar alətimizə aid deyil, ümumi məqam-pərdə sistemimizə
aiddir. Əgər tarımızda bir “Segah” pərdəsi vardırsa, ona qarşılıq verən
digər “Segah” pərdələri də olmalıdir ki, tam sistem alınsın. Ancaq bu
olmadığı üçün səs sistemimiz uzun illərdir ki, natamam olaraq qalmışdır.
Muğam nəzəriyyəmiz xromatik pərdə sisteminə əsaslansa da pərdəsiz
alətlərimizin (kamança, ud) və xanəndələrimizin praktik ifasında mücən-
nəb pərdələrin işlədilməsi danılmaz həqiqətdir. Azərbaycan muğam
ifaçılığı tarixində və bu günə kimi xromatik pərdə sisteminə əsaslanan
“Şur” muğamı ifa olunmayıb. Demək əməldə, praktikada mövcud olan
səs sistemi nəzəriyyədə öz əksini tapmamışdır. Mənə elə gəlir ki, bu
barədə düşünməyə dəyər. Tar alətində bu sistemi təsdiq edən bir neçə
pərdə bağlanmışdır. Ancaq bəziləri əsl yerlərindən kənara çəkilmişdir.
Bu pərdələri əsl yerlərinə çəkmək olar. Yəni, xromatik pərdə sistemini
saxlamaq və “mücənnəb” pərdələri əlavə etməklə ümumi bir ortaq pərdə
sistemi yaratmaq olar. Ancaq bunun üçün tarımız rekonsruksiya olun-
malıdır. Çünki bu pərdə sistemini yerləşdirmək üçün tarın qolu uzun
olmalıdır. Təbii olaraq tarın qolu uzandığı halda çanağın da uzunluğu
artırılacaq. Eləcə də xərəklər arası məsafə genişləndiyi üçün bütün simlər
müvafiq olaraq qalın simlərlə əvəzlənməlidir. Əvvəlki tardan həcmcə
böyük olan yeni tarın səs dinamikası da artacaqdır. Bu gün mənəvi və
nəzəri tələbatımızı ödəmək üçün belə bir kamil tara böyük ehtiyac vardır.
Ən azı 17 pilləli pərdə sistemini Şərq aləminə bəxş eliyən, onu
yaşadan Azərbaycan ailmləri olduqları üçün, bu gün biz sədaqətlə həmin
ənənəyə sahib çıxmalıyıq. Zənn edirəm ki, bu mərhələni keçməklə Şərq
məqam musiqi aləminə daha da yaxınlaşarıq və biz bunu etməliyik. Çün-
ki muğam ənənələrinə sadiq qalan onu yaşadan istedadlı Azərbaycan
xalqı buna layiqdir.
Ədəbiyyat
1. Ü. Hacıbəyli. Azərbaycan xalq musiqisinin əsasları. Bakı. 1962.
2. R. Zöhrabov. “Muğam”. Bakı.1991.
93