Page 89 - Konservatoriya 1.1
P. 89
“Sol” – “Hicazkar”, “Suzi-nak”
“Lya” – “Zəngulə”, “Dügah-rumi”
“Do” – “Çahargah”, “Səba”
“Re” – “Ərəban” (“Novruzi-ərəb”)
Üst “Mi” – “Hisar”
“Rast”, “ÜĢĢaq” “ev”lərinin tonallıqlarına və məqam özəlliklərinə
görə adlanmaları:
Alt “Re” - “Yekgah”
Alt “Fa” – “Əcəm-Əşiran”
“Sol” – “Rast”
“Lya” – “Nişaburək”
“Do” – “Çahargah-rumi”, “Üşşaqi-əsl”
Üst “Re” – “Rast-kəbir”(Ş.İ. Tərəfimizdən daxil edilmişdir.)
Üst “Fa” – “Əcəm”
Üst “Sol” – “Gərdaniyyə”, “Tiz- Rast”
“Bayatı-ġiraz” “ev”lərinin tonallıqlarına və məqam özəlliklərinə görə
adlanmaları:
Alt “Re” – “Sultani-Yekgah”
“Mi” – “Ruhnüvaz”
“Sol” – “Nəhavənd”
“Lya” – “Busəlik”
“Si bemol” – “Nəhavəndi-səqirək”
“Do” – “Nəhavəndi-səqir”
“Re” – “Nəva, İsfahan”
Beləliklə, eyni məqam özəklərinin xalis kvarta intervalları ilə
növbələşməsi ortalığa çıxır. Ancaq hansı pərdənin başlanğıc seçilməsi və
hesablanmanın həmin pərdədən aşağı, yaxud yuxarı və ya hər iki
istiqamətdə hansı pərdəyə qədər aparılması vacib şərtdir. Bu qaydaya
eyni qəlibli muğamlarımızın tonallıq seçimində nisbətən riayət olun-
muşdur.
“Rast” qəbilli məqamların kvartalar dairəsi:
1.“Rast” - (sol)
2.“Mahur” – (do)
3.“Orta-Mahur” – (fa)
4.“Bayatı- Qacar” – (si bemol)
5. “Bayatı-Türk”, “Dügah” - (mi bemol)
“Segah” qəbilli məqamların kvartalar dairəsi:
1.“Xaric-segah” – (si)
2. “Orta segah” – (mi)
3. “Mirzə Hüseyin segahı” - (lya)
89