Page 88 - Konservatoriya 1.1
P. 88
birləşmə qaydalarını öyrənməklə ayırd etmək olar. Şifahi ənənəvi şəkildə
nəsildən nəsilə ötürülən muğamlarımızı bu gün nəzəri cəhətdən təhlil
etmək üçün muğamların yaradılma mexanizmi daha dəqiq
açiqlanmalıdır. Qədim musiqi risalələrində verilən məlumatlar məqam-
ların izahında başlica amilləri qisa və səthi şəkildə şərh eləməklə
kifayətlənir. Bu risalələrdə muğamların icrası tam təfsilatı və incəlikləri
mükəmməlliklə açiqlanmırdı. Bəlkə də bu muğam şərhlərı həmin dö-
vrdəki musiqiçilərin muğam təfəkkürü üçün anlaşilması kifayət edən
məlumatlar idi. Ancaq hər halda bu risalələrdəki məlumatlar çox dəyərli
əvəzsiz tarixi sənədlərdir. Onlara istinad etməklə həqiqi məxrəcə daha
çox yaxınlaşma əldə edirik.
“Dəng”lərin dövriyyəsi xalis kvartalar dairəsini yaradır. Ud alətinin
kvartalarla kökləmiş dörd vətəri (bəm, müsəlləs, müsənna, zir və sonralar
əlavə olunmuş beşinci- hədd) bu qaydalara əsaslanır. Major və minor
ladlarının tonalları da bu qaydaya əsasən yaradılmışdır. Ancaq tem-
perasiyalı pərdə sistemindən fərqli olaraq on yeddi pilləli qeyri bərarbər
aralıqlı pərdə sistemində məqam münasibətləri daha ciddi və mürəkkəb
münasibətlər əsasında qurulmuşdur. Odur ki, bu sistemdə hər bir pərdə
özünə uyğun yanaşma tərzini tələb edir ki, bu münasibət həmin pərdə
ətrafında məqam özəyinin yaranması ilə nəticələnir.
Məqam tonallıqlarının kvartalarla təyinatı, qədim və bugünkü
adlanmaları Türkiyə məqam nəzəriyyəsində nisbətən dəqiqləşmişdir.
“Segah” “ev”lərinin tonallıqlarına və məqam özəlliklərinə görə
adlanmaları:
“Si-mücənnəb” – “Segah”
“Fa diyez” – “İraq”, “Ovc”, “Segah-sani”, “Yinə Segah”, “Məğlub”,
“Həftgah”
“Do diyez” – “Hicaz”, “Hüzzam-əsl”, “Kuçək”
“Mi mücənnəb” – “Şuri”
“ġur” “ev”lərinin tonallıqlarına və məqam özəlliklərinə görə
adlanmaları:
Alt “Mi” – “Əşiran”
“Lya” – “Dügah”, “qərar-Üşşaq”
“Re” – “Arazbar”
Üst “Mi” – “Hüseyni”
Üst “Lya” – “Mühəyyər”
“Çahargah” “ev”lərinin tonallıqlarına və məqam özəlliklərinə görə
adlanmaları:
Alt “Mi” – “Suzi-dil”
“Fa diyez” – “Ovcara” (“Segah”da “Çahargah”)
88