Page 83 - Konservatoriya 1.1
P. 83

alətinə istinad etməliyik.
   Ümumiyyətlə, ta qədimdən kamil musiqi alətlərinin səs diapazonu

əsasən xanəndə səsinin həcmini əhatə edən quruluşda düzəldilirdi. O
cümlədən tar alətinin səs diapazonu kiçik oktavanın “do” səsindən, ikinci
oktavanın “sol”-“lya” səsinə qədərki məsafəni əhatə edir. Bu diapazon
əsas istinad pərdəsi olan “Rast” (“Yekgah”) ətrafında mərkəzləşdirilir.
Böyük musiqişünas alim Əbdülqadir Marağalının musiqi risaləsindən
(“Əbdülqadir Marağai” Z.Səfərova) alınan təhlilə diqqət edək:-Dügah”ın
başlanğıcını “do”dan yox, “fa”dan etmişik, çünki “fa”dan “do”ya qədər
melodiyanın daha gözəl ifası mümkündür. Yuxarı tərəfdən isə gəzişməyə
imkan yaranır. [11.]

   Əbdülqadir bu məlumatda əsas istinad pərdəsi olan “Rast” (“Yekgah”)
üçün “fa” səsinin daha münasib olduğunu qeyd edir. Bu gün “Rast” mə-
qamının Şərq ölkələrinin əksəriyyətində cüzi fərqlə “fa”-“fa diyez”-“sol”
tonallıqlarından ifa olunması qədim ənənənin əsaslı olduğuna bir dəlildir.

   Azərbaycanda “Rast” məqamı fortepianoya görə “fa diyez” tonallığına
köklənir, ancaq “sol” notu kimi hesab olunur. Tarın açıq sarı simi “sol”-
“Rast” tonallığını ifadə edir. Deməli əsas istinad pərdəsi olan “Rast”a
dayaqlanmaqla digər məqamlar növbələşməlidir. Ancaq bu qaydaya əməl
olunurmu? Tam şəkildə yox. Səbəb nədir?

   Bu suala cavab vermək üçün muğamlarımızın qədim və indiki ifa
tonallıqlarını araşdıraq. Klassik muğam ifaçılarımızın qrammofon
vallarını dinləyirik. Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd,
Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Məcid Behbudov, Şəkili
Ələsgər, Seyid Mirbabayev, Malıbəyli Həmidin milli üçlük ilə ifa etdiyi
muğam tonallıqları bugünkü göstəricilərlə demək olar ki, eynidir. Həmin
tonallıqları qeyd edirik (“fa diyez” notu- “sol” hesab olunur.)

   1.“Rast”, “Şur”, “Bayatı-Şiraz” - “sol”
   2. “Bayatı-Kürd” – instrumental-“lya-fa”, “Mirzə Hüseyn Segahı” -
“lya”
   3. “Bayatı-Qacar” – “si bemol”
   4. “Xaric Segah” – “si”
   5. “Rahab” – instrumental-“do-sol” , “Çahargah”- “do”, “Mahur-
hindi” -“do”
   6. “Humayun” – “re mücənnəb-si bemol”
   7. “Zabul-Segah” – “sol-mi”
   8. “Orta-Mahur” – “fa”
   9. “Rahab” vokal -“sol-re”, “Bayatı-kürd” vokal- “sol-mi bemol”
   11.“Şüştər” - “do-sol”, “Qatar”- “do” , “Çoban-bayatı”- “do-sol”,
“Kürdü-Şahnaz” - “do-si bemol”, “Rahab” – vokal- “do-sol”

                                             83
   78   79   80   81   82   83   84   85   86   87   88