Page 81 - Konservatoriya 1.1
P. 81
АЗЯРБАЙЖАН МИЛЛИ КОНСЕРВАТОРИЙАСЫ
«КОНСЕРВАТОРИЙА» № 1, 2011
___________________
Муьамшцнаслыг Мугамоведение
Şamil İsmayılov
Azərbaycan Milli Konservatoriyasının müəllimi
MUĞAM TONALLIQLARININ TRANSPOZĠSĠYA
PROBLEMLƏRĠ
Açar sözlər: Muğam, tonallıq, “şədd”, əsas kök, “ dəng ”
Azərbaycan muğamlarının registr yüksəkliyi qədimdən mövcud olan
məqam-pərdə sisteminin qanunlarına uyğun olaraq müəyyənləşmiş qar-
şılıqlı münasibətlər əsasında qurulmuşdur. Ancaq bu qanunların
mexanizmi tam sistem şəklində öyrənilmədiyi üçün məqamlarımızın
əlaqələndirilməsində hələ də müəyyən məhdudiyyətlərlə qarşılaşırıq.
Eyni zamanda bu səbəbdən bəstəkarlarımızın əsərlərində bəzən məqam
münasibətlərinə uyğun olmayan keçidlərə rast gəlirik. Muğamlarımızın
və muğamlara əsaslanan bəhrli musiqi nümunələrimizin (xalq və bəstəkar
mahnıları, təsniflər, rənglər, rəqslər, aşıq havaları, mərasim havaları və
s.) praktik ifasında və nota köçürülməsində bəzən məqam qəlibinə görə
tonallığin düzgün seçilməməsi hallarına təsadüf edirik. Bu problemləri
həll etmək üçün məqamların sistematik dövriyyəsində ötürülmüş
boşluqları tamamlamaq və ümumi sistemi bərpa etmək tələb olunur. Əks
halda göstərilən nöqsanlar yenə davam edəcəkdir.
Uzun illərdir ki, tədris sistemində muğamlarımız dəqiqləşmiş
tonallıqlardan icra olunur və tonal dəyişikliyinə icazə verilmir. Tədris
sistemindən kənar musiqi mühitində isə vokal səs problemləri ilə
əlaqədar olaraq tonal dəyişgənliyi müşahidə edilir. Məlumdur ki, muğam
operalarımızı müşayiət edərkən tar alətinin birinci simi “lya” (pianoda
kiçik oktavanın “lya bemol” notu) tonallığına endirilir. Müəyyən anlarda
muğam üçlüyünün ifasında tar kökünün “si bemol”, “lya” tonallığına
endirilməsi halları olur. Ancaq bu vəziyyətdən çıxış yolu deyildir. Çünki
kütləvi kollektiv ifa zamanı (ansambl, orkestr) bunu etmək mümkün
olmur. Tonal dəyişgənliyi etmək qaydalarının elmi müddəası olmadığı
üçün düzgün olmayan muğam tonallıqları seçilir və nəticədə ümumi
ahəng qanunu pozulmuş olur.
Sual oluna bilər ki, muğam tonallıqları hansı interval münasibətləri
81