Page 82 - Konservatoriya 1.1
P. 82

əsasında qurulur və nəyə görə dəyişilməzdir, bu qanunlara tam riayət

olunurmu?
   Zənn edirəm ki, muğam tonallıqlarının sabit qalmasının başlıca səbəbı

bu mövzuda dəqiq nəzəri məlumatın olmaması ilə əlaqədardır. Əlavə
olaraq natamam pərdə sistemimiz, narahat əlverişsiz pozisiyaların icra
problemləri, alətlərin səslənmə keyfiyyətinin müəyyən qədər dəyişilməsi
də səbəb ola bilərdi.

   Muğam tonallıqlarının toxunulmazlığını yalnız xalqımızın mənəvi
irsinə hörmət əlaməti olaraq “mühafizəkarlıq” kimi dəyərləndirmək doğ-
ru deyil. Əgər muğamlarımız bir-biriylə əlaqəli şəkildə müəyyən interval
münasibətləriylə qurulursa, demək burada ümumi bir sistemə əsaslanma
vardır. Əgər sistem varsa, onun qanunlarının dəqiq öyrənilməsi və buna
riayət olunması tələb olunur. Bu qanunları necə müəyyən etmək olar?

   Bunun üçün ilk növbədə muğamlarımızın hansı pərdə sisteminə
əsaslanmasını, muğamlararası interval münasibətlərini, muğam
tonallıqlarının köçürülmə qaydalarını, muğamların registr yüksəklikləri
haqqında qədim və bugünkü məlumatları araşdıraq. Araşdırmanı
müqayisəli şəkildə, yəni eyni məqam ailəsinə mənsub olan qonşu
regionların da təcrübəsini nəzərə alaraq aparacağıq.

   Dinlədiyimiz çoxsaylı Türkiyə, İran, İraq məqam nümunələriylə müqa-
yisədə Azərbaycan muğamlarının daha zil registrlərdə ifa olunması,
diapazon genişliyi diqqəti cəlb edir. Bəzi muğamların iki oktavadan da geniş
həcmdə ifa olunması yalnız Azərbaycan muğam ənənələrinə məxsusdur.
Buna səbəb olan müxtəlif amillərllə yanaşı Azərbaycanın təbiətini, tarixi-
coğrafi mövqeyini, ənənələrini və mənşəyini də qeyd etməliyik.

   Muğamlarımızda diapazon genişliyi vokal ifaçılıqla, xanəndə
sənətiylə əlaqədardır. Tarix boyu xanəndələrimiz geniş səs inkanları ilə
şan-şöhrət qazanmış, dinləyiciləri təəccübləndirmişlər. Bu diapazonun
tələblərinə cavab verən və muğamlarımızın spesfik xüsusiyyətlərini lazım
olan səviyyədə tərənnüm edə bilən musiqi alətı hansıdır?

   Əlbəttə ki, tar. Milli musiqi alətlərimizın sırasında tar aləti
muğamlarımızın əsas spesfik xüsusiyyətlərini, milli koloriti özündə əks
etdirə bilən daha münasib alət olaraq seçilmişdir. Tar alətinin muğam
söyləməsi, muğam dili Azərbaycan muğamlarının əsas meyarı, əsas ölçü
vahidi kimi qəbul olunmuşdur. Bu səbəbdən xanəndəlik sənətinin tədrisi
tar müşayiəti ilə aparılır. Muğam operaları tarla müşayiət olunur. Muğam
üçlüyündə, xalq çalğı alətləri ansambl və orkestrlərındə aparıcı, rəhbər
alət tar olmuşdur. İlk dəfə muğamlarımızın nota köçürülməsi də məhz tar
ifaçılığından götürülmüşdür. Demək muğam ifaçılığında tarın aparıcı
mövqeyi danılmazdır. Beləliklə, muğam nəzəriyyəsinin təhlili zamanı tar

                                             82
   77   78   79   80   81   82   83   84   85   86   87