Page 85 - Konservatoriya 1.1
P. 85

laşılmaz, sazəndələrə aid olan və ara-sıra istifadə olunan qaydadır.[6.]
   Kantemiroğlunun əsərində qədimdən dörd cür “şədd” yolu

göstərilirdi:
   1.ġəddül-Yəhudan (Şəddül-İxvan -ərəbcədən qardaşlar və ya Şəddül-

əsl): - Ümumi qəbul olunmuş əsas yol və günümüzdə işlənən əsas düzən
budur. Yəni, “Dügah” pərdəsi, pərdə dairəsinin qütbü sayılır və nəğmə
hərəkətinə oradan başlanır.

   2. ġəddül-Müxtəlif (Müxtəl-ərəbcədən pozulmuş, qarışmış): –
Busəlik pərdəsi “Dügah” edilir. Mahur pərdəsi Hüseyni olur.

   3. ġəddül-zil Xəms (üst xalis kvinta): - Hüseyni pərdəsi “Dügah”
pərdəsi edilir. “Mühəyyər” pərdəsi “Nəva” olur.

   4.ġəddül-Əcəm (Ş.İ): - “Çahargah” pərdəsi “Dügah” pərdəsi hesab
olunur. “Gərdaniyyə” (Tiz- Rast) pərdəsi “Hüseyni” olur.

   Əslində “şədd” qaydalarına əsasən hər məqamı maksimum yeddi
pərdəyə köçürmək olar. Ancaq mürəkkəb nəticələrlə qarşılaşmamaq üçün
yaxın köçürülmələrə daha çox üstünlük verilir.

   Müasir Türkiyədə məqam transpozisiyası ney kökləri ilə adlandırılır.
On iki ney köklərindən dördü daha çox istifadə olunur :

   1. Bolahəng. Əsl kök. (“sol-Rast”)
   2.Sipürdə. (Əhtəri) (“fa-Rast”) Bir ton aşağı.
   3. Qız neyi. (“re-Rast”) Xalis kvarta aşağı.
   4. Mansur. (“do-Rast”) Xalis kvinta aşağı.
   Ümumi-kökdən fərdi-köklər ayrılır ki, bunların sayı daha çoxdur.
Fərdi köklər məqamlara uyğun köklənmələrdir. Əbdülqadir Marağalının
əsərlərində ilin hər bir gününə uyğunlaşdırılmış 366 kökdən əsas doqquz
kökün adı çəkilir. Bu köklər birlikdə Bisun kök adını alırlar:
   1. Uluq kök. 2. Aslan Çəp. 3. Kudatğu. 4. Bostarçay. 5. Çentay. 6.
Hinsak. 7. Şenrak. 8. Yurs. 9. Məhzun.
   Aşıq ifaçılığı sənətində köklənmələrin xüsusi əhəmiyyəti vardır. Çün-
ki aşıq ifaçılığında adətən bütün tellərin iştirakı, akkordlu ifa tərzi üs-
tünlük təşkil edir. Azərbaycan sazının kök sistemi onun yeddi əsas
pərdəsinə nizamlanmışdır. Əsas kökləri qeyd edirik:
   1. Açıq kök. 2. Baş pərdə kökü. 3. Orta pərdə kökü. 4. Şah pərdə
kökü. 5. Ayaq Divanı kökü. 6. Bayatı kökü. 7. Ayaq Şah pərdə kökü. [7.]
   Türkiyə aşıq sənətində köklənmələrə düzən deyirlər və çox çeşidlidir.
Bir neçəsinin adlarını qeyd edirik: [8.]
   1. Ümmi düzən. 2. Hüseyni düzəni. 3. Əcəm-Əşiran düzəni. 4.
Hüzzam düzəni. 5. Abdal düzəni. 6. Bağlama düzəni. 7. Rast düzəni. 8.
Ovc düzəni. 9. Müstəzad düzəni. 10. Misket düzəni. 11. Sabahı düzəni.
12. Bozuq düzəni. 13. Yeksani düzəni. 14. Zirgülə düzəni. 15. Çahargah

                                             85
   80   81   82   83   84   85   86   87   88   89   90