Page 84 - Konservatoriya 1.1
P. 84

Göstərilən muğamları təbəqələrinə görə (bu istilahın qədim məna-
sında) qruplaşdırmaqla bu cəmin bir yox, iki ümumi-kökə əsaslandığını
aşkar edirik. “Şur” və “Rast” muğamlarının qərargahı tarın açıq sarı
siminə-“sol” notuna (pianoda kiçik oktavanın “fa-diyez” notu) əsaslanır.
Hər iki muğamın eyni tonallığa əsaslanması muğamın nəzəri qanunlarına
görə düzgün sayılmır. Çünki muğam sistemində “Rast”-“Şur”-“Segah”
məqamlarının ardıcıllığı pozulur. (Bu ardıcıllıq ənənəvi olaraq İran, İraq,
Türkiyə və ərəb məqamlarında və aşıq musiqisində də bir qayda olaraq
eynidir.) Məntiqi nəticə alınır ki, bu iki ümumi-kökdən biri əsas olma-
lıdır. Müəyyən etdiyimiz iki ümumi-kök “fa”-“Rast” (pianoda kiçik ok-
tavanın “mi” notu) və “sol”-“Rast” (pianoda kiçik oktavanın “fa diyez”
notu) tonallığına əsaslanmışdır. Qalan bütün məqamlar bu iki əsas kökün
müəyyən pərdələrinə istinadən törəmişdir. Tarın açıq sarı simi “fa-Rast”
ümumi-kökünə əsasən “Şur” muğamının qərargahı olur. Tarın açıq sarı
simi “sol-Rast” ümumi-kökünə əsaslanarsa onda müvafiq olaraq “Şur”
muğamının qərargahı “lya” notuna istinad etməlidir.

   Sual yaranır ki, bu köklərdən hansı əsasdır, ikitirəliyə səbəb nə idi?
Əlbəttə ki, muğamları öz ətrafinda daha sistematik qruplaşdıran ümumi-
kök əsas olmalıdır. Ancaq iki ümumi-kökün yaranması həm instrumental,
həm də vokal ifaçılıqla əlaqədardır.

   Muğam sənətinin vokal və instrumental ifa formaları müəyyən
xüsusiyyətlərinə görə fərqlənirlər. İnstumental ifaçılıqdan fərqli olaraq
vokal ifaçılıq canlı insan səsi ilə icra olunduğu üçün icraçının fiziki
vəziyyətinin qeyri stabilliyi nəzərə alınır. Yəni, xanəndənin səs diapazon
həddi heç də həmişə lazım olan nəticəni təmin edə bilmir. Səhhətin
təsirindən başqa icraçının səs diapazonunun ümumi həcmi bəm, miyanə,
zil (pəsxan, miyanaxan, zilxan) registrlərdən birinə daha uyğun ola bilər.
Bunları nəzərə alaraq vokal ifaçıları üçün məqam transpozisiyaları
düşünülmüşdür. Məqam terminologiyasında belə köçürülmələrə “şədd”
deyirlər. Nümunə olaraq “Şəddi-Şahnaz” şöbəsini, klassik Türkiyə
məqamlarından “Şəddi-Ərəban” məqamını göstərə bilərik. Müasir Türki-
yə və ərəb məqam nəzəriyyəsində bənzər səsdüzümününə malik olan
fərqli məqamlara “Şədd məqamlar” deyilir və məqam qruplaşması kimi
anlaşılır.[9.] Qədim musiqi risalələrində “şəddi-məqam” haqqında məlu-
matı Dmitri Kantemiroğlunun (XVII əsr) “Kitab-i İlmül Musiqi əla
Vəchil Hürufat” adlı əsərindən izləyək :

   “Şədd məqam”ın tərifi: Bir məqam əsil yerindən məqamın 4-cü
pərdəsinə köçürülüb orada icra edilir və qərar pərdəsi də eyni qayda ilə
köçürülürsə həmin məqamın şəddi alınır. Köçürülmə bir dördlü altda və
ya üstdə də ola bilər. Şədd məqam xanəndə oxumağından tam an-

                                             84
   79   80   81   82   83   84   85   86   87   88   89