Page 95 - Konservatoriya 1.1
P. 95
АЗЯРБАЙЖАН МИЛЛИ КОНСЕРВАТОРИЙАСЫ
«КОНСЕРВАТОРИЙА» № 1, 2011
___________________
Муьамшцнаслыг Мугамоведение
Elşən MANSUROV
AMK-nın baş müəllimi
MUĞAMIN SĠRLĠ ALƏMĠ
Açar sözlər: muğam, musiqi tarixi, xalq musiqisi.
Tarixən muğamların möcüzəli, sirli-sehrli dünyası həmişə diqqət mər-
kəzində olmuşdur. Musiqişünaslar, ədəbiyyatşünaslar, tarixçilər, qədim
yunan və Orta əsr filosofları Şərqdə yaranıb inkişaf etmiş bu qeyri-adi
sənətin mənşəyini, fəlsəfəsini, ecazkar sirlərini öyrənmək üçün çoxlu
axtarışlar, tədqiqatlar aparmışlar. Dünya alimlərinin bu sənətin sirlərini
öyrənmək arzusu və istəyi muğamların ümumbəşəri mədəniyyətin ink-
işafında rolunu və əhəmiyyətini bir daha müəyyənləşdirmiş oldu.
Azərbaycan xalq musiqisi ladlar sisteminin parlaq surətdə təhlili və nə-
zəri cəhətdən əsaslandırılması dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən
«Azərbaycan xalq musiqisinin əsasları» elmi əsərində verilmişdir (4).
Azərbaycan musiqisi tarixində muğamların mövqeyi və əhəmiyyətini
Üzeyir Hacıbəyli belə qiymətləndirir: «Muğamat keçmiş dövrlərdən bəri
Şərqin, xüsusilə Azərbaycanın klassik musiqi yaradıcılıq nümunəsi kimi
tanınmışdır. Muğamat qədim Şərq pərdələri üzrə qurularaq yüksək
melodiyaya malikdir» 1, 11).
Həmişə təravətli, ölməz sənət inciləri olan muğamlarımız yaşadığımız
20-ci yüzillikdə, xüsusilə 80-90-cı illərdə ictimai humanitar elmin
müxtəlif sahələrində çalışan alimlərimizin tədqiqat obyektinə çevril-
mişdir. Akademik Teymur Bünyadovun (5), fəlsəfə elmləri doktoru, pro-
fessor Gülnaz Abdullazadənin (6), sənətşünaslıq doktoru, professor
Ramiz Zöhrabovun (7) sənətşünaslıq doktoru, professor Rafiq İmraninin
(8) və başqalarının tədqiqatları bu baxımdan xüsusi maraq doğurur.
Həmin tədqiqatların hər birində muğamlarımızın xüsusi çəkisi, inkişaf
prinsipləri, mənəvi-estetik tərbiyənin formalaşmasında necə böyük rol
oynaması inandırıcı fikir və müddəalarla diqqət mərkəzinə gətirilir.
Görkəmli musiqiçi və dirijor Əfrasiyab Bədəlbəyli yazır: «Muğam,
muğamat (ər. – məqam – yəni vəziyyət, mövqe) – mürəkkəb ideya-
emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müx-
təlif musiqi obrazlarının inkişafını ifadə edən xalq dühasının gözəl
95