Page 96 - Konservatoriya 1.1
P. 96
məhsuludur. Muğamat yarandığı ən qədim zamanlardan başlayaraq, əsr-
lər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində
yetkinləşmiş, formalaşmış, kamilləşmişdir. Muğamat – xalq vokal-instru-
mental kompozisiyasının ən yüksək yaradıcılıq mərhələsinə çatdırılan
nümunəsidir. Muğamın bütün hissələri müəyyən bədii fikri müxtəlif bədii
ifadə vasitələri ilə əyan edir. Muğamın hər bir hissəsi (şaxəsi, şöbəsi,
güşəsi) çox vaxt özü-özlüyündə müstəqil bir mahiyyət kəsb edir və
ayrılıqda ifadə edilə bilsə də, onun mütəşəkkil vahid əsas inkişaf xətti
ardıcıl surətdə məntiqi qaydalara əsaslanaraq öz bütövlüyünü, tamlığını
heç də itirmir. Muğam ciddi məzmunlu musiqi ilə yanaşı asan (yüngül)
musiqi nümunələri də (təsnif, rəng) özündə təcəssüm etdirir» (2, 50).
Əfrasiyab Bədəlbəylinin fikrincə, muğam termininin ən dəqiq elmi
tərifi, onun bu günkü musiqi həyatımızda tutduğu mövqe, gündəlik
məişətimizdə nə mənada işlənilməsi, nə kimi məfhumu ifadə etməsi
məsələsinin mükəmməl şərhi, – zamanımızın görkəmli musiqi alimi və
bəstəkarı Qara Qarayev tərəfindən verilmişdir. Q.Qarayev «Fikrət Əmi-
rovun simfonik muğamları» adlı məqaləsində muğam məfhumunun
mahiyyətini təhlil və semantik mənasını izah edərək yazır:
«…Azərbaycan musiqisində «muğam» termini əslində iki mənada
işlənir. Bunlardan birinci halda «muğam» sözü «lad» termininin eynidir.
Məlum olduğu üzrə, Azərbaycan xalq musiqisi çox inkişaf etmiş olan və
müxtəlif çeşidli muğam sisteminə malikdir. Burasını qeyd etmək
kifayətdir ki, Azərbaycan xalq musiqisi praktikasında yeddi əsas lad,
yaxud muğam (Rast, Şur, Segah, Şüştər, Çahargah, Bayatı-Şiraz və
Hümayun) və əlavə daha bir çox başqa muğamlar tətbiq olunur. Azər-
baycan mahnıları, oyun havaları və xalq musiqisinin daha başqa forma-
larının, təhlili göstərir ki, bunlar hamısı yuxarıda qeyd olunun ladlardan
biri üzərində yaradılmış və Azərbaycan xalq musiqisinin ladlar sistemi
olduqca bitkin və düzgün qurulmuş bir konstruksiya təşkil edir. Belə ki,
adlarını qeyd etdiyimiz ladlardan hər biri ayrı-ayrı şöbələrdən ibarətdir, bu
şöbələrin əvəzlənməsi müəyyən qaydaya tabedir, hər bir ladda ona səciy-
yəvi olan kadensiyalar və melodik döndərmələr var; ladın səsdüzümünü
təşkil edən tonlardan hər birinin öz funksional əhəmiyyəti vardır ki, bu da
ümumi tonikaya tabedir və i.a. Bu nəzəri normalar heç də mücərrəd və
cansız qayda-qanun deyil. Bunlar Azərbaycan xalq musiqisi praktikasın-
dan alınmış və xalq incəsənətinin ölməz nümunələrini əsrlər boyu yaradıb
cilalayan bir çox nəsillərin təcrübəsini ümumiləşdirir» (3, 40)
Başqa bir halda «muğam» termini altında son dərəcə orijinal xüsusiy-
yət daşıyan çoxhissəli forma nəzərdə tutulur ki, bu əslində mürəkkəb və
maraqlı bir musiqi orqanizmi mahiyyəti kəsb edir. Həmin bu forma süita-
rapsodiya formalarına səciyyəvi olan əlamətləri özündə birləşdirir və öz
təbiəti etibarilə simfonik olmaqla bərabər özünəməxsus tərtib və düzüm
96