Page 99 - Konservatoriya 1.1
P. 99
torpaqda pərvəriş tapmış, bu müqəddəslikdə ucalmışdır» (5, 62)
Muğamların yaranışı, bəşəri mahiyyəti haqqında deyilən bu sözlər,
aparılan elmi ümumiləşdirmələr olduqca həyati və inandırıcıdır. Buna
görə də bu möhtəşəm janrın bədii-estetik mahiyyətindən söhbət açarkən,
ayrı-ayrı nümunələri, nəzəri və praktik cəhətdən öyrənərkən, onların
tədrisinə nail olarkən məhz həmin istiqaməti əsas götürmək daha
məqsədəmüvafiq olar. Lakin bir həqiqəti daha aydın dərk etmək lazımdır
ki, Şərq xalqlarının muğam yaradıcılığında ümumi meyillər olsa da, ciddi
fərqlər, özünəməxsus yaradıcılıq ənənələri də vardır.
Muğamların ilk dəfə necə yaranması sualına da təəssüf ki, hələlik
konkret cavab vermək olmur. Lakin alimlərin, tədqiqatçıların irəli sür-
dükləri fikir və mülahizələrə əsaslanaraq müəyyən qənaətə gələ bilərik.
Onların fikrincə, Şərq ölkələrində muğamların yaranması çox qədimlərə
– eramızdan əvvəllərə gedib çıxsa da, təşəkkülü və kamilləşməsi islamın,
islam dünyasının müqəddəs kitabı Quranın meydana gəlməsi və Quranın
qiraəti ilə sıx bağlıdır.
Azərbaycanda ilk Orta əsrlərdə muğamlar qədim kökü üstündə öz ink-
işafını davam etdirmiş, kamala yetmişdir. Bu baxımdan ərazimizdə VII
əsrdə İslam dininin təşəkkül tapması və sonrakı inkişafı böyük məna və
məzmun kəsb edir.
Xatırladaq ki, Quranın avazla oxunması Orta əsrlərdə xüsusilə təqdir
edilir və yüksək qiymətləndirilirdi. İslam dünyasının bu müqəddəs
kitabının hikmət və təsir gücünü xalqa çatdırmaqda onun avazla
oxunması yüksək sənət sayılırdı. Yəqin ki, muğam bu sənətin icrasında
öz rolunu oynamış, ona xidmət göstərmişdir. Quranın avazla oxunması
öz növbəsində əsrarəngiz və sirli-sehrli muğam dünyasının bütöv və
bitkin bir sistemə çevrilməsinə təkan vermişdir. Lakin R.İmrani muğamın
tarixini hətta 12 min il əvvələ aparır.
Beləliklə, muğamın ecazkar, sirli dünyasında hələ açılmamış çox
səhifələr vardır.
Ədəbiyyat siyahısı
1. Firudin Şuşinski. Azərbaycan xalq musiqiçiləri. Bakı: Yazıçı, 1985, 478 s.
2. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti. Bakı: Elm, 1969, 446 s.
3. Кара Караев. «Симфонические мугамы» Фикрета Амирова. «Советская
музыка», 1949, №3, с.40-41 (azəri dilinə tərcüməsi – Ə.Bədəlbəylinindir)
4. Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları. Bakı: Yazıçı nəşriyyatı,
1985.
5. Teymur Bünyadov. Əsrlərdən gələn səslər. Bakı: Azərbaycan Dövlət nəşriyyatı,
1993.
6. Abdullazadə Q. Muğam. Bakı: Yazıçı, 1983,
7. Zöhrabov R. Muğam. Bakı: Azərnəşr, 1991
8. Rafiq İmrani. Azərbaycan muğam janrının yaranması və inkişaf tarixi.Bakı1994.
99