Page 103 - Konservatoriya 1.1
P. 103

Qasımov, Zahid Quliyevin, gənc xanəndələr Babək Niftəliyev, Təyyar
Bayramov, İlkin Əhmədovun ifası diqqətəlaiqdir (4).

   “Şur” muğamının not yazıları haqqında da bir neçə söz demək
istərdik. 1920-1930-cu illər arasında muğam dəstgahlarını görkəmli
musiqiçilərimiz nota köçürməyə başlamışlar. Niyazinin 1935-ci ildə
xanəndə Cabbar Qaryağdıoğlunun ifasından nota yazdığı “Şur” muğamı
çap olunmamışdır. Lakin Qara Qarayevin tarzən Qurban Pirimovun
ifasından nota köçürdüyü “Şur” muğamının “Mayə” şöbəsi V.Belyayevin
“SSRİ xalqlarının musiqi tarixinə dair oçerklər” kitabında nəşr
edilmişdir. Q.Qarayevin not yazısının əlyazması isə AMEA-nın arxivində
saxlanılır. Fikrət Əmirov da “Şur” muğamını bir sıra ifaçılıq variant-
larında nota almışdır. Bəstəkarın yaradıcılığının tədqiqatçıları tərəfindən
onun ayrı-ayrılıqda xanəndələr Bilal Yəhya, Seyid Şuşinski, tarzən
Qurban Pirimov kimi sənətkarların ifasından “Şur” muğamını bir neçə
variantda nota yazması haqqında məlumat verilir ki, F.Əmirov həmin not
yazıları əsasında “Şur” simfonik muğamını yaratmışdır.

   İnstrumental “Şur” muğamının tam şəkildə not yazısının nəşri 1962-ci
ildə Nəriman Məmmədov tərəfindən həyata keçirilmişdir. Həmin not
yazısı tarzən Əhməd Bakıxanovun ifaçılıq ənənəsinə uyğundur. 2006-cı
ildə isə Arif Əsədullayev tarzən Elxam Müzəffərovun ifasından bu
muğamı nota köçürüb çap etdirmişdir. Həmçinin, “Şur” muğamının daha
bir not yazısı variantı tarzən Əkrəm Məmmədliyə məxsus olub, 2010-cu
ildə işıq üzü görmüşdür.

   “Şur” muğamı bəstəkar yaradıcılığında geniş və çox maraqlı bir
şəkildə təmsil olunmuşdur: Ü.Hacıbəylinin “Leyli və Məcnun” opera-
sında bir sıra səhnələr muğamın ayrı-ayrı şöbələri əsasında qurulmuşdur.
“Koroğlu” operasında isə bəstəkar böyük yaradıcılıq təxəyyülü ilə şur
məqamından istifadə etmişdir. Ü.Hacıbəylinin xalq çalğı alətləri orkestri
üçün bəstələdiyi “Şur” fantaziyası da maraqlı əsərlərdəndir.

   Fikrət Əmirovun muğam dəstgah əsasında yazılmış “Şur” simfonik
muğamı diqqətəlayiq əsərlərdən biridir. Azərbaycan musiqisində
simfonik muğam janrının yaradıcısı olan Fikrət Əmirovun “Şur” (1948),
“Kürd Ovşarı” (1948), “Gülüstan Bayatı-Şiraz” (1971) simfonik muğam-
ları ənənəvi muğam-dəstgahlar əsasında yazılmış simfonik əsərlərdir.
Burada bir tərəfdən muğamların obrazlı məzmunu, ifa tərzi, kompozisiya
quruluşu, melodik, ritmik xüsusiyyətləri və məqam əsası, digər tərəfdən
isə simfonik musiqinin forma və ifadə vasitələri öz təcəssümünü tap-
mışdır. Əslində, F.Əmirovun bu əsərləri Şərq və Qərb musiqi ənənələri-
nin qovuşmasında yaranmış orijinal əsərlərdir.

   Bu mövzu bir sıra musiqişünaslıq tədqiqatlarında işıqlandırılsa da,
haşiyə çıxaraq, qeyd etmək istərdik ki, Fikrət Əmirovun özünün bu haqda
fikirləri böyük maraq kəsb edir. Belə ki, onun fikrincə, simfonizm

                                            103
   98   99   100   101   102   103   104   105   106   107   108