Page 108 - Konservatoriya 1.1
P. 108
masa, gündəlik yeknəsəqliyi qismən müvazinətləşdirmək imkanı əldə
edirlər (1, 131).
Katarsis gözəllik anlayışı ilə sıx bağlıdır.
Gözəllik hissinin mənbələri çox olsa da bunları şərti olaraq qrup-
laşdırmaq olar:
1. Təbiət gözəllikləri;
2. Sözün geniş mənasında cəmiyyət həyatı, insan fəaliyyəti və
mənəviyyatına aid olan gözəlliklər;
3. Yenə insan fəaliyyətinin bir növü olan incəsənətə aid gözəlliklər
(2,12).
Məlum olduğu kimi qədimdən sübut edilmişdir ki, musiqinin müxtəlif
ladları əsasında qurulmuş müxtəlif havalar, mahnılar və s. insanda fərqli
əhvali-ruhiyyə yaradır. Elə musiqi əsərləri var ki, bizim ruhumuzda
müvazinət yaradır, bizi mülayimləşdirir, sakitləşdirir. Elə musiqi əsərləri
də var ki, əksinə, bizdə coşqun bir əhvali-ruhiyyə yaradır, qəhrəmanlıq,
mübarizə hissini alovlandırır. Elələri var ki, bizi kədərləndirir, elələri var
ki, şənləndirir, nikbin əhvali-ruhiyyə yaradır, elələri var ki, fikrimizi,
dərdimizi dağıdır. Elələri də var ki, bizi dərindən düşündürür, xatirələ-
rimizi canlandırır, bizdə dərin ruhi həyəcanlar, sevgi, məhəbbət duyğuları
oyadır və s. Məsələn, böyük bəstəkarımız Üzeyir Hacıbəylinin «Azər-
baycan xalq musiqisinin əsasları» əsərində girişdə göstərildiyi kimi,
«Rast», «Şur» «Segah», «Şüştər», «Çahargah», «Bayatı-Şiray» və «Hü-
mayun» Azərbaycan musiqisinin yeddi əsas ladıdır… Bədii-ruhi təsir
cəhətindən «Rast» dincəyicidə mərdlik və gümrahlıq hissi, «Şur» – şən,
lirik əhval-ruhiyyə, «Segah» – məhəbbət hissi, «Şüştər» – dərin kədər,
«Çahargah» – həyəcan və ehtiras, «Bayatı-Şiraz» –qəmginlik, «Hüma-
yun» isə «Şüştərə»ə nisbətən daha dərin bir kədər hissi oyadır (3, 4-5).
Musiqinin, o cümlədən muğam sənətinin insanın estetik inkişafına və
psixologiyasına təsiri olduqca böyükdür. Muğamlar hərdən əyləndirici,
hərdən ciddi olmaqla yanaşı, hərdən də insanı varlığın, materialın,
həyatın mövcudluğu haqda düşünməyə sövq edir.
Muğam «Katarsis» anlayışı ilə sıx əlaqədardır.
Muğamların melodik dili əcdadların qədim musiqi dilidir ki, min illər
ərzində cilalana-cilalana gəlib bizə çatmışdır. O, lad anlayışı ilə sıx bağlıdır.
Lad isə hər şeydən əvvəl muğam dinləyicisinin və ifaçısının qarşılıqlı
təmasda olduğu və burada müəyyən halları, hissləri yaşayan, təfəkkür tərzi
keçirən məkandır. Muğam havalarının melodiyaları müxtəlif xarakterlidir.
Onlar min illərdən bəri Şərq poeziyasının şedevrlərilə, öncədən ən
qədimlərdə sərbəst vəznlə, daha sonralar heca, məsnəvi, rübai, qəsidə, bayatı
və nəhayət qəzəllərlə sıx bağlı olmuşdur. Bu musiqidə sakitlik və ehtiras,
ekstaz, yüksək gərginlik yanaşıdır. Sufilərə qədər qədim ənənədə mağlar və
dərvişlər muğam havalarının mahir ifaçıları olmuşlar.
Muğam insanı kamilləşdirməyə, zəka və idraka qida verməyə xidmət
108