Page 109 - Konservatoriya 1.1
P. 109

edir.
   Muğam insanı hikmətə, məhəbbətə, həqiqəti dərk etməyə, varlığa

inama səsləyən qədim ənənəmizdən gələn müdrik sənət növüdür.
   Muğam insanın harmonik müvazinətini tənzimləyən, həyata sevgi və

məhəbbət oyadan, nəhayət əsrlərdən bəri bəşəriyyətin mənəvi dəyərlə-
rinin inkişafında mühüm rol oynamış sənət abidəsidir. Bu mənada
muğam həm müdriklik, həm də məhəbbət rəmzləridir.

   Muğamların quruluşu, şöbələri, ifa xüsusiyyətləri haqqında lazımi nəzəri
məlumatların mənimsənilməsi problemlə əlaqədar mühüm əhəmiyyət kəsb
edən məsələlərdən biridir. Çünki, muğamların klassik musiqi nümunələri
kimi quruluşunu, ifa xüsusiyyətlərini, onların musiqi sənətimizin inkişafın-
dakı mövqeyini mükəmməl bilmədən bu haqda geniş söhbət açmaq, tədris
prosesini fəallaşdırmaq qeyri-mümkündür. Lakin nədənsə indiyə qədər
ümumtəhsil məktəblərində tədrisi lazım bilinən muğamların quruluşu,
şöbələri, ifa formaları haqqında nə proqramlarda, nə də dərsliklərdə zəruri
məlumat verilməmişdir. Bu istiqamətdə müvafiq elmi-metodiki tövsiyələrin
çap edilərək müəllimlərə çatdırılması da muğamların ümumtəhsil
məktəblərində tədrisi işini çətinləşdirir. Halbuki uşaq musiqi məktəblərində,
habelə orta ixtisas və ali musiqi məktəblərinin müvaiq şöbələrində əsasən
geniş yayılan muğamların şöbələri haqqında şagirdlərdə, tələbələrdə aydın
təsəvvür oyadılır. Doğrudur, həmin məktəblərdə ayrı-ayrı muğamların vokal
və instrumental şəkildə ifaçılıq qaydaları təcrübi cəhətdən şagirdlərə-
tələbələrə öyrədilir.

   Ümumtəhsil məktəblərində isə muğamlar və onların müvafiq şöbələri
dinlənilmə yolu ilə şagirdlərə (bəzi hallarda isə ayrı-ayrı muğamların
«Bərdaşt», «Mayə» şöbələrindən müəyyən hissələr notla-solfecio şəklində
oxunur) təqdim edilir. Belə bir həqiqəti də inkar etmək olmaz ki, görkəmli
xalq sənətkarlarının, çalğıçıların, xanəndələrin, müğənnilərin ifasında vala,
lentə və CD-yə yazılmış nümunələrinin dinlənilməsi estetik cəhətdən daha
geniş imkanlara, təsir qüvvəsinə malikdir. Məhz buna görə də bu əlverişli
imkanları nəzərə alaraq onlar muğamların quruluşu, lad əsası, şöbələri
haqqında nəzəri biliklərini artırmalıdırlar. Məsələnin son dərəcə vacibliyini
nəzərə alaraq daha geniş yayılan və musiqi sənətimizin inkişafında mühüm
rol oynayan «Rast», «Şur», «Bayatı-Şiraz», «Segah», «Çahargah», «Şüştər»,
«Hümayun» muğamlarının şöbələrini uşaq musiqi və ali, orta ixtisas musiqi
məktəblərinin proqramlarında göstərilən şəkildə tədrisi zəruridir (4, 15).

   Məhz buna görə müqəddimə, dəraməd, diringi, rəng, təsnif haqqında
musiqi dərslərində aşağıdakı nəzəri məlumat verilməsini məqsədə-
müvafiq sayırıq:

   Müqəddimə – dəraməd – aid olduğu muğamın əvvəlində çalınan və
həmin muğamın intonasiyası, müvafiq şöbələri haqqında müəyyən
təsəvvür yaradan bəhrli-ritmik musiqi lövhəsi.

   Diringi – Muğam şöbələri arasında ifa olunan rəqs xarakterli rəng.
                                            109
   104   105   106   107   108   109   110   111   112   113   114