Page 112 - Konservatoriya 1.1
P. 112
f.e.n. Firudin Qurbansoy.
АЗЯРБАЙЖАН МИЛЛИ КОНСЕРВАТОРИЙАСЫ
«КОНСЕРВАТОРИЙА» № 1, 2011
___________________
Рягс сяняти Искусство танца
Aydın ƏLİYEV
Azərbaycan Milli Konservatoriyasının Magistrı
AZƏRBAYCAN XALQ RƏQSLƏRĠNĠN TƏDQĠQĠ MƏSƏLƏLƏRĠ
Açar sözlər: Xalq rəqsləri, çalğı alətləri, qayaüstü təsvirlər, not
nümunələri.
Azərbaycan musiqi xəzinəsinin çox dəyərli inciləri olan, qədim dövr-
lərdən bu günə kimi yaranmış və yaranmaqda davam edən xalq rəqsləri
insanların həyatının, ənənəvi mərasimlərin, el şənliklərinin, bayramların,
toy-düyünlərin ayrılmaz bir hissəsinə çevrilmişdir. Uzun əsrlər boyu
şifahi şəkildə inkişaf edərək, günümüzə gəlib çatmış bu rəqslərdə in-
sanların həyat tərzi, dünyagörüşü, arzu və istəkləri, məhəbbət hissləri,
sevinci və kədəri, müxtəlif duyğuları öz ifadəsini tapmış, onlar xalqın
mədəniyyət səviyyəsinin və estetik zövqünün bir göstəricisinə
çevrilmişdir.
Rəqs dedikdə, əlbəttə ki, musiqi və xoreoqrafiyanın vəhdəti nəzərdə
tutulur. Buna görə də rəqslərin tədqiqində bu iki cəhət nəzərə alınmalıdır.
Sənətşünaslıqda rəqs sənətinin öyrənilməsi ilə bağlı bir sıra dəyərli
tədqiqatlar yaranmışdır.
Tədqiqatlardan məlumdur ki, Azərbaycan xalq rəqsləri böyük bir
təkamül yolu keçmişdir. Rəqslərin yaranma tarixi bizim eramızdam
əvvəlki minilliklərə gedib çıxır. Onların ilkin ifa tərzi və qədim insanların
qayaüstü rəsmləri bunu sübut edir. Rəqslərdən qədim mərasimlərimiz,
adət-ənənələrimiz, eyni zamanda, xalqımızın yaşayışı, mədəniyyəti, etno-
qrafiyası haqqında dəyərli bilgilər əldə etmək mümkündür.
Məsələn, qədim mərasim rəqsi olan “Yallı”nı mütəxəssislər təxminən
eramızdan əvvəl XVIII-XV minilliyə aid edirlər. Bakının yaxınlığında
Qobustan ərazisindəki arxeoloqlar tərəfindən tapılmış qayaüstü rəsmləri
və Naxçıvandakı Gəmiqaya rəsmlərini nümunə göstərə bilərik.
Onu da qeyd etmək lazımdır ki, qədim dövrlərdə rəqslər heç də tamaşa
üçün nəzərdə tutulmurdu. Buna görə də rəqs edənlər və tamaşaçılar
bölgüsü yox idi. Rəqslər hər bir mərasimin vacib elementi idi. Ovun,
döyüşün uğurlu olmasını arzulayan, fövqəltəbii qüvvələrə səcdə edən hər
112