Page 113 - Konservatoriya 1.1
P. 113

bir kəs özünün münasibətini məhz mərasim rəqsində nümayiş etdirirdi.
Qeyd etmək lazımdır ki, qədim folklor nümunələri sonradan peşəkar rəqs
sənətinin meydana çıxmasına zəmin yaratmış və onun daha da inkişaf
etməsinə səbəb olmuşdur.

   Rəqslərin qədimliyini sübut edən əlamətlər onların musiqi dilində də
özünü büruzə verir. Qədim dövrlərdə sadə quruluşa malik olan, zaman
keçdikcə mürəkkəbləşən rəqs musiqisi müəyyən mənada xalqın musiqi
təfəkkürünün təkamülünü əks etdirir.

   Xalq rəqslərimiz zaman keçdikcə inkişaf etmiş, dövrə və mühitə
uyğun dəyişmiş, lakin öz təravətini itirməyərək, bizim günlərədək gəlib
çıxmışdır. Xalqın həyat və məişətinin hər bir sahəsində tətbiqini tapan
xalq rəqsləri ifaçılıq sənətinin inkişafı ilə sıx bağlı olmuşdur. Xalq
rəqslərinin bugünkü rəngarəngliyi və zənginliyi də ifaçılıq sənətinin
yüksək səviyyəsini nümayiş etdirir.

   Müasir dövrdə yeni-yeni rəqs melodiyalarının yaranması, qədim
melodiyaların yeni variantlarının meydana gəlməsi rəqs sənətinin
inkişafını göstərir. Mərasim tamaşalarını müşayiət edən rəqslər də janrın
teatrallaşmasına təkan vermiş, eyni zamanda, rəqslərin yeni səhnə
ifaçılığı formaları yaranmışdır.

    Xalq və professional ifaçıların yaradıcılıq məhsulu olan rəqslər
bugünkü musiqi mədəniyyətimizdə özünəməxsus yer tutur. Xüsusi rəqs
kollektivlərinin təşkil olunması, xalq rəqslərinə professional balet-
meysterlər tərəfindən quruluş verilməsi artıq onların folklor səviyyə-
sindən çıxaraq, peşəkarlıq səviyyəsinə yüksəldiyini bir daha sübut edir.
Bu baxımdan fikrimizcə, rəqs sənətilə bağlı tədqiqatlara yenidən nəzər
salınmalıdır.

   Xalq rəqslərinin musiqi xəzinəmizə daxil olmuş klassik nümunələrilə
yanaşı, musiqi ifaçılığında mövcud olan bəzi rəqslərdə bayağı
intonasiyalar da nəzərə çarpır. Onu da deyək ki, bu tendensiya bütün
dövrlərdə müşahidə olunmuşdur. Bu barədə Üzeyir Hacıbəylinin fikirləri
ilə 1925-ci ildə yazılmış “Azərbaycan musiqi həyatına bir nəzər”
məqaləsində rastlaşırıq.

   Həmin məqalədə Ü.Hacıbəyli rəqsləri belə xarakterizə edirdi: “Rəqs
musiqisi müxtəs rəqs etmək üçün bəstələnmiş ¾ vəznində olan havalardır
ki, bəzilərinin bəhrləri ağır və bəzilərininki yüngüldür”. O, öz dövründə
yaranan rəqs musiqisinə münasibət bildirərək yazırdı: “Rəqslərin,
baxüsus bu axır zamanlarda çıxanların musiqiləri əksər ovqat iki hissəli
olmaqla, şəkilləri nisbətən zənginləşdirsə də havaları Avropanın
biməzmun “vals”ları təsiri altına düşməklə öz əsasından uzaqlaşır və
xaric bir rəng alır” (1, s. 220).

                                            113
   108   109   110   111   112   113   114   115   116   117   118