Page 111 - Konservatoriya 1.1
P. 111
ritmik zəmində ifa edilən havalardır. Bu qrupa daxil olan musiqi
əsərlərinin müəyyən metrik ölçüsü, yəni vəzni olur. Azərbaycan xalq
mahnıları, aşıq havalarının çox qismi, təsniflər, rəng, diringə və rəqs
melodiyaları bu qrupu təşkil edir.
Bəhrsiz adlanan ikinci qrupa improvizasiya üslubunda çalışan, sərbəst
vəznə əsaslanan və ölçüləri tez-tez dəyişən vokal-instrumental və instru-
mental muğamlar daxildir.
Qarışıq bəhrli üçüncü qrupa «ritmik muğamlar» (zərb muğamlar –
müəllif) və bir sıra muğamvari musiqi nümunələri aiddir. Bu qrupa həm
bəhrli, həm də bəhrsiz musiqi nümunələri aiddir.
Klassik muğamlardan «Rast», «Şur», «Segah», «Çahargah», «Bayatı-
Şiraz», «Hümayun», «Şüştər» bəhrsiz janr qrupuna aiddir. «Qarabağ
şikəstəsi», «Kəsmə Şikəstə», «Arazbarı», «Səmayi-Şəms», «Mani»,
«Mənsuriyyə», «Ovşarı» və sairə zərbi muğamlar qarışıq bəhrli janr qru-
puna daxildir.
Müxtəlif muğam şöbələri arasında ifa olunan dəraməd, diringi, rəng
və təsniflər isə bəhrli janr qrupuna mənsubdurlar (4, 20).
Beləliklə, muğamın «Katarsis» gücü şüurlu proses olaraq başqa sənət
növləri kimi ilk növbədə müəyyən hazırlıq tələb edildiyi yerdə özünü
daha çox göstərir.
Ədəbiyyat siyahısı
1. Yuri Borev. Estetika. Tərcümə edənləri: Yaşar Qarayev, Rahid Xəlilov. Bakı:
Gənclik, 1980, 224 s.
2. M.Cəfər. Estetik zövq haqqında. Bakı: Azərnəşr, 1965, 72 s.
3. Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları. Bakı: Yazıçı nəşriyyatı,
1985.
4. Н.К.Казымов. Цмумтящсил мяктябляриндя муьамларын тядриси
мясяляляри. Бакы: Чашыоьлу, 2000, 98 с.
SUMMARY
MUGHAM AND THE AESTHETĠC NOTĠON «CATHARSĠS»
Mugham, the ancient Eastern music has got a great moral influence and effect in in-
ternal world of human being as a source of catharsis, which first of all means, «purga-
tion» to mind of great Greek philosopher Aristotel. The paper is dedicated to purgation
power of catharsis in Azerbaijani mughams.
Key words: mugam, katharsis, aesthetic artistic taste, Uzeyir Hadjibeyli.
РЕЗЮМЕ
МУГАМ И ЭСТЕТИЧЕСКОЕ ПОНЯТИЕ «КАТАРСИС»
Древняя восточная музыка мугам имеет большое моральное влияние и эффект
во внутреннем мире человека как источник катарсиса, который по мнению
греческого философа Аристотеля прежде всего означает «очищение». Статья
посвящена силе катарсиса азербайджанских мугамов.
Ключевые слова: мугам, катарсис, эстетический вкус, Узеир Гаджибейли.
Rəyçilər: AMK-nın professoru Fəttah Xalıqzadə;
111