Page 106 - Konservatoriya 1.1
P. 106

kvinta yuxarıda qurulan “Hicaz” şöbəsinə təsadüf edir.
   F.Əmirov simfonik muğamda əsərin ən yüksək kulminasiya anı kimi

“Səmayi-şəms” bölməsini verərək, “Sarənc” və “Hicaz” şöbələrindən
istifadə etməmişdir. Bəstəkar ənənəvi məqam-tonallıq planından kənara
çıxaraq, kulminasiyaya doğru inkişaf mərhələsinə “Əraq” bölməsini daxil
edir ki, bu da muğam kompozisiyasına yeni məzmun və çalar gətirir.
Xüsusilə bu şöbənin melodiyasının geniş reçitativ-deklamasiya üslublu
ifadə tərzi musiqiyə cəsarətli, iradəli xarakter aşılayır. Bu, eyni zamanda,
əsas məqama qayıdışla səciyyələnən reprizanı daha qabarıq göstərməklə
yanaşı, “Səmayi-şəms”in xarakterinin də dəyişməsinə şərait yaradır.
Sonda isə zirvədən enən hərəkətlə, muğamın “Mayə”sinə dönüş baş verir.

   Beləliklə, bəstəkar simfonik muğam kompozisiyasını muğam
dəstgahdan fərqləndirərək, əsəri daha lakonik və məqsədyönlü məqam-
tonallıq planı əsasında qurmuşdur. Bu da bəstəkar yaradıcılığı ilə muğam
sənətinin qarşılıqlı əlaqəsini nümayiş etdirən cəhətlərdən olub, bəstəkarın
təxəyyülünün məhsulu kimi dəyərləndirilə bilər.

    Ədəbiyyat siyahısı
    1. B.Vahabzadə. Seçilmiş əsərləri. II cild. B., 1975.
    2. Azərbaycan arxivi № 2-3. Azərbaycan Respublikası OİMDA, f.57, siy.5, iş 46, s.
13-15. Əlyazma
    3. Ə.Bakıxanov. Ömrün sarı simi. Məqalələr və xatirələr. B., 1985.
    4. Muğam ensiklopediyası. Heydər Əliyev Fondunun nəşri. Bakı, 2007.

                                                 РЕЗЮМЕ
     «Мугам «Шур». Статья посвящена изучению нотных записей мугама «Шур»
и анализу его музыкального языка. В статье освещаются вопросы исследования
мугама «Шур» в азербайджанском музыковедении, история развития мугама
«Шур», роль и значение звукозаписей и нотных записей в исследовании
исполнительских вариантов мугамов, а также использование мугама «Шур» в
композиторском творчестве.
    Ключевые слова: Бахтияр Вахабзаде, Нава, Турецкий музыкальный
техникум, учебная программа, мастер-тарист Ахмед Бакиханов, вариативность
исполнения, композиторское творчество.

                                               SUMMARY
    "Mugham "Shur". The article is devoted to the studying of musical notations of
mugham “Shur” and analysis of its musical language. In the article are given the re-
search problems of mugham «Shur» in Azerbaijani musicology, the role of sound re-
cordings in research of performing mugham variants, the value of mugham musical
notations and mugham “Shur” in composer's creativity.
    Key words: Bakhtiyar Vakhabzadeh, Nava, Turkish musical college, educational
program, Master-player of tar Akhmed Bakikhanov, Variants of performing, Creation of
composer.

   Rəyçilər: AMK-nın professoru Fəxrəddin Dadaşov;
                     AMK-nın baş müəllimi Munis Şərifov.

                                            106
   101   102   103   104   105   106   107   108   109   110   111