Page 110 - Konservatoriya 1.1
P. 110
Diringinin (bəzən də diringə deyilir) rəngdən fərqi ondadır ki, bu musiqi
nümunəsi həddindən çox oynaq xarakterdə olur.
Rəng – muğam şöbə və güşələri arasında ifa olunan musiqi nümunə-
sidir. Ayrı-ayrı muğamlarla bağlı rənglərin bir mühüm əhəmiyyəti də
odur ki, muğamların vokal-instrumental şəkildə ifası zamanı xanəndədin
növbəti şöbəyə keçməsi, səsini «səfərbər» etməsi hazırlanması üçün
müəyyən imkan yaradır.
Təsnif – muğam şöbə və güşələri arasında ifa olunan, aid olduğu
şöbənin və muğamın estetik-emosional təsirini gücləndirən bəhrli-ritmik
musiqi numunsidir. Məsələn, «Hisar» təsnifi, «Dəşdi təsnifi», «Zabul
təsnifi», «Şur təsnifi», «Bayatı-Şiraz təsnifi» və s.
Musiqi müəllimləri ibtidai siniflərdən başlayaraq musiqi dərslərində,
habelə sinifdənxaric musiqi məşğələlərində, özfəaliyyət musiqi dərnəklə-
rində yeri gəldikdə məktəblilərə muğamlarla bağlı musiqi nümunələri
haqqında göstərilən istiqamətdə maksimum məlumat verməlidirlər.
Dəraməd, müqəddimə, diringi, rəng, təsnif haqqında nəzərə çatdırılan
məlumatlar hər hansı nümunənin val və ya lent yazıçı ilə müşayiət olun-
malıdır. Müəllimlər onu da nəzərə çatdırmalıdırlar ki, həmin musiqi
nümunələrinə konsert ifaçılığı prosesində geniş istinad olunur. Çox
əlverişli, bitkin musiqi materialları kimi musiqi ifaçılıq qabiliyyətlərinin
inkişafında mühüm rol oynayır.
Musiqi müəllimlərinin muğamların dinlənilməsi, muğamlarla tanış-
lığın metodikası haqqında müvafiq bacarıq və qabiliyyətlərinin inkişaf
etdirilməsi sahəsində hazırlığının artırılması da çox mühüm məsələdir.
Yeri gəlmişkən qeyd edək ki, muğamların məna dəyərləri, estetik
mahiyyəti haqqında elmi təsəvvürlərin formalaşdırılması, muğamların
quruluşu, şöbələri, ifa xüsusiyyətləri, habelə muğamlarla bağlı musiqi
nümunələrinin əsas mahiyyəti haqqında mənimsənilən nəzəri məlumatlar,
qazanılan biliklər də müəllimlərin metodik hazırlığının artmasına zəmin
yaradır. Çünki, musiqi müəllimləri digər fənn müəllimləri kimi tədris
edəcəyi məzmunun əsas mahiyyətini, nəzəri məsələlərini mükəmməl
bilməsə o dərs prosesində, müxtəlif xarakterli sinifdənxaric məşğələlərdə
bir sıra çətinliklərlə üzləşər. Buna görə də musiqi müəllimlərinin muğam-
ların tədrisi sahəsində nəzəri və metodiki hazırlığı vəhdətdə götürülməli,
bir-birini tamamlamalıdır (3, 19) .
Musiqi tədrisi proqramlarına daxil edilmiş muğamları aşağıdakı kimi
qruplaşdırmağı daha məqsədəmüvafiq hesab edirik:
1. İnstrumental muğamlar;
2. Vokal-instrumental muğamlar;
3. Zərb muğamlar.
Bununla yanaşı nəzərə almaq lazımdır ki, Azərbaycan xalq musiqisi
bəhrli, bəhrsiz və qarışıq bəhrli üç qrupa bölünmüşdür. Dahi bəstəkarımız
Ü.Hacıbəylinin fikrincə, bəhrli musiqi xalq çalğı alətlərinin müşayətilə
110