Page 107 - Konservatoriya 1.1
P. 107
АЗЯРБАЙЖАН МИЛЛИ КОНСЕРВАТОРИЙАСЫ
«КОНСЕРВАТОРИЙА» № 1, 2011
___________________
Муьамшцнаслыг Мугамоведение
Əliağa SƏDİYEV
Azərbaycan Milli Konservatoriyasının müəllimi
MUĞAM VƏ «KATARSĠS» ESTETĠK ANLAYIġI
Açar sözlər: muğam, katarsis, estetik zövq, Üzeyir Hacıbəyli.
Musiqi incəsənəti olaraq muğamın «katarsis» estetik gücü vardır.
İncəsənət oxucu, tamaşaçı və dinləyicinin fikir və hisslər yönümünü
formalaşdırır. Bu baxımdan o, demək olar digər ictimai şüur formaları ilə
əvəz oluna bilmir. Onlardan hər biri öz-özlüyündə insana tərbiyəvi təsir
göstərsə də, bu, xüsusi maarifləndirici xarakter daşıyır: əxlaq-əxlaqi nor-
maları, siyasət-siyasi görüşləri, fəlsəfə-dünyagörüşünü formalaşdırır, elm
insandan mütəxəssis hazırlayır; incəsənət isə ağıl və ürəyə birlikdə təsir
göstərir və insan qəlbinin elə bir guşəsi yoxdur ki, incəsənət oraya öz təsiri
ilə nüfuz edə bilməsin. Nəticədə incəsənət kamil şəxsiyyət formalaşdırır.
Görkəmli estetik Yuri Borev göstərir ki, incəsənətin katarsis effekti
haqqında hələ pifaqorçular danışırdılar. Aristotel «Poetika» əsərində katar-
sis – «oxşar affektlərin» (hisslərin) vasitəsilə təmizlənmə kateqoriyasını
işləyir və onu estetikaya gətirir. İncəsənət ağır sınaqlardan keçmiş qəh-
rəmanları təsvir edərək insanları tərbiyələndirir, onların daxili aləmini tə-
mizləyir. Lakin qəlbin təmizlənməsi üçün hisslər «bənzəyişi» nəyə görə
lazımdır? Çünki almaz yalnız almazla, insan qəlbi isə yalnız insan mənə-
viyyatının təzahürü olan yüksək, işıqlı estetik ideallarla cilalanır (1, 130).
Aristotel bu problematikanı faciəvi əsərin tamaşaçılara təsirinin ma-
terialları əsasında inkişaf etdirdi. Lakin bəzi alimlər «Poetika»nın itmiş
hissələrində «komiklik katarsisi»nin də olmasının mümkünlüyünü ehti-
mal edirlər. Bu ehtimallar katarsisi incəsənətin saflaşdırma, müvazinət
yaratma funksiyasının əks olunduğu ən ümumi estetik kateqoriya kimi
şərh edən tamamilə ciddi bir elmi ənənənin müasir məcrasında meydana
çıxır. Bir çox mütəxəssislərin fikrincə (fin sosioloqu İrlo Qrin, ingilis
antropoloqu Ceyn Herrison, amerikalı antropoloq Entoni Uolles), katarsis
bədii yaradıcılığın ictimai əhəmiyyətinin ən mühüm aspektlərindən biri-
dir. Fransız sosioloqu və mədəniyyət nəzəriyyəçisi Edqar Moren belə
hesab edir ki, incəsənət istehlakçısı bədii dünyaya öz şəxsi həyat
təcrübəsinin aynasında baxaraq və onunla oxşarlıq, bənzəyiş məqamları
taparaq dünya ilə ünsiyyətdə olur. Bunun sayəsində əsəri qavrayan adam-
lar real həyatın törətdiyi daxili gərginlik və həyəcanı azaltmaq, heç ol-
107