Page 102 - Konservatoriya 1.1
P. 102

bir sıra muğam ustadlarından ibarət komissiya tərəfindən “Şur”
dəstgahından ona uyğun gəlməyən bəzi şöbə və guşələr çıxarılmışdı.
Nəticədə “Şur” dəstgahının aşağıdakı şöbə və guşələri saxlanılmışdı:
“Dəramədi-Şur”, “Mayeyi-Şur”, “Muyə”, “Bayatı-türk”, “Şikəsteyi-fars”,
“Nəşibi-fəraz”, “Səmayi-şəms”, “Hicaz”, “Sarənc”, “Qəməngiz”,
“Şahnazi-şəq”, “Şahnazi-kürd”, “Dilkeş”, “Səlmək”, “Busəlik”, “Şur” (2,

s.13-15).
   Hazırda “Şur” dəstgahının bəzi şöbə və guşələri təkmilləşərək daha

kamil, dolğun şəkil almışdır. Müasir dövrümüzdə “Şur” dəstgahı 11 şöbə
və guşədən ibarətdir: “Bərdaşt”, “Mayəyi-Şur”, “Şur-Şahnaz”, “Bayatı-
türk” (“Bayatı-Qacar” və “Dügah”), “Şikəsteyi-fars”, “Əşiran”, “Səmayi-
şəms”, “Hicaz”, “Sarənc”, “Nəşibi-fəraz”, “Şura ayaq”.

   “Şur” muğamının çox görkəmli ifaçıları olmuş, onların yaratdıqları
muğamın təfsir variantları muğam sənətində iz salmışdır. Görkəmli
xanəndə Ələsgər Abdullayev XX əsrin əvvəllərində “Şur” muğamının ən
yaxşı ifaçısı kimi tanınmışdı. Çox yüksək, zil səsə malik xanəndə
özünəməxsus zəngulələr vurmağı bacarırdı. Xanəndə Seyid Şuşinski də
öz gözəl səsi və ifa tərzi ilə “Şur” muğam dəstgahının təfsirində xüsusi
bir üslub yaratmışdır. o cümlədən də Xan Şuşinski də “Şur” muğamının
ən yaxşı ifaçılarından biri hesab olunurdu.

   Ustad tarzən Əhməd Bakıxanov “Şur” muğamının məzmununu və
ifaçılıq xüsusiyyətlərini bu şəkildə təsvir edirdi: “Bəlkə də öz zənginliyi
etibarilə heç bir muğam buna çata bilməz. Bu, nəhəng bir çay kimidir,
başlanğıcı, qurtaracağı çox müxtəlifdir. Bunun hissələri daha çoxdur. Hər
xanəndə “Şur” muğamını oxuya bilməz. Bunun üçün çox qüvvətli bir səs
lazımdır. Bəzən isə əksinə olur. Belə ki, bəzi güclü və fövqəladə istedadlı
xanəndələr “Şur” oxuyarkən elə gözəl yollar, elə üsullar, elə ayaqlar
tapıb seçmişlər ki, tar çalanlar çaşıb özlərini itirmişlər. Bunun nəticəsində
də bəzən xanəndələrlə ayaqlaşmaq onlar üçün çətinlik törətmişdir. Bu
işdə müvəffəqiyyət qazanmaq əsil ustalıq sayılır” (3, s.28).

   Bu baxımdan əlbəttə ki, “Şur”u hər xanəndə oxumağa qadir deyil. “Şur”u
oxumaq üçün xanəndənin səsi iki oktava yarımdan artıq diapazonu əhatə
etməlidir. Bunun üçün xanəndədən bəm, orta, zil tessituralı səs, uzun nəfəs,
uca zəngulələr, böyük bacarıq və professionallıq tələb olunur.

   “Şur” muğamının bir çox xanəndələrin ifasında səsyazıları mövcuddur.
Həmin səsyazıları Azərbaycan Televiziyası və Radiosunun Qızıl Fondunda,
Azərbaycan Dövlət Səsyazıları Arxivində və başqa arxiv fondlarında
saxlanılır və onların bir hissəsi müxtəlif nəşrlərdə öz əksini tapmışdır. Bu
baxımdan Heydər Əliyev Fondunun nəşri olan “Muğam ensiklopediyası”nın
“Azərbaycan xanəndələri” adlanan CD-disk albomunda “Şur” muğamı bir
neçə ifaçılıq versiyasında verilmişdir. Onlardan xanəndələr Xan Şuşinski,
Yavər Kələntərli, Sara Qədimova, Arif Babayev, Nəriman Əliyev, Tələt

                                            102
   97   98   99   100   101   102   103   104   105   106   107