Page 97 - Konservatoriya 1.1
P. 97
təşəkkülünə malikdir. Hər şeydən əvvəl, demək lazımdır ki, «süita-
rapsodiya»dan ibarət olan muğamın özü müəyyən bir lad-muğam
üzərində qurulur və həmin lada xas olan bütün qayda-qanunlara tabedir.
İfaçı-müşayiətçi sazəndə dəstəsi ilə birlikdə çalıb-çağıran xanəndə, ya da
solo çalan instrumentalçı muğamın möhkəm çərçivələri daxilində
bulunaraq sərbəst improvizasiya fəsillərini (şöbələri) qayda ilə bir-birinin
ardınca ifa edir. Musiqi təfəkkürünün inkişafında variasiyalıq prinsipinin
tətbiqi, sərbəst, həm də tez-tez dəyişən ritm, sekvensiyalardan ibarət
ifadələrin, eləcə də melizmlər, zəngulələr və xırda çalarla dolu bəzəklərin
bolluğu və ən ümdə: forma quruluşunda kvadratlığın olmaması bu
şöbələrin əsas xüsusiyyətini təşkil edir. Bununla yanaşı burada biz musiqi
konstruksiyası etibarilə dəqiq ölçülü, müntəzəm ritmli, kvadratlı əsas
üzrə qurulmuş, məzmunu və xarakteri cəhətincə kontrastlı rəqs epizodları
(rəng) və əndazəli mahnı düzümlərinə (təsnif) təsadüf edirik. Ciddi
surətdə danışmalı olsaq, qeyd etməliyik ki, improvizasiya məfhumunun
«süita-rapsodiya» tərzində olan muğamata aid edilməsi əslində heç də
düzgün deyil, çünki muğamat ifaçılarının yaradıcılıq fantaziyası məhz lad
normalarının möhkəm təməli üzərində qərar tutmuş və muğamat ifaçılığı,
– bəzi musiqişünasların güman etdikləri kimi, heç də biçimsiz, qeyri-
mütəşəkkil və qeyri-iradi bir improvizasiyaçılıq reçitasiyası deyil. Ehti-
mal ki, həmin bu «süita-rapsodiya»dan ibarət muğamların öz böyük
həcmləri sayəsində lad – muğamın bütün şöbələrini hərtərəfli qavraması,
– «muğam» termininin həm də yuxarıda göstərilən «süita-rapsodiya»
formaya da aid edilməsinə səbəb olmuşdur (3, 41).
Ə.Bədəlbəyli ərəb alimi doktor Hüseyn Əli Məhfuzun Bağdadda nəşr
olunmuş kitabına istinadən yazır: «Musiqi alimlərinin qeydinə görə,
Yaxın və Orta Şərq xalqlarının milli klassik musiqisində 95 muğam şöbə
və güşəsi var. Bunlardan 18-i Mərakeşdə, 17-si Tunisdə ifa olunur.
Misirdə, İraqda, İranda ifa olunan muğamlar başqa-başqadır. Məsələn,
Misirdə ifa olunan muğamlar bunlardır:
Yegah, Fərəhəfza, Şətt-ərəban, Hüseyni, Əşiran, Şövqəfza, Tərzcədid,
Əraq, Rahətül-ərvah, Dilkeş, Huran, Fərəhnak, Bəstənigar, Üveyc, Rast,
Suzinak, Mahur, Hicazkar, Nəvasir, Nikriz, Bəsəndidə, Tərznəvin, Rəha-
vi. Nəhavənd-kəbir, Zəngülah, Kirdan-Misri, Dilnişin, Nəhavənd,
Murəsə, Bayatı, Səba, Üşşaq, Misri, İsfahan, Mühəyyər, Əcəm, Tahir,
Ərəzbar, Şahnaz, Busəlik, Səba, Kürdi, Gülüzar, Segah, Hüzzam,
Müstəar, Mayə, Çahargah.
İraqda isə məhz adları aşağıda qeyd olunan muğamlar ifa olunur:
Bayatı, Rast, Segah Hicaz, Nəva, Hüseyni, Səba, Xənabat, Mənsuri,
Əribun-əcəm, Quryat, Bayatı-əcəm, Pəncgah, Bəşiri, Övc, Cəmal, Ovşar,
Əcəm-əşiran, Tahir, Xəlvəti, Məsnəvi, Səidi, Nəvahənd, Hicaz-şeytani
97