Page 101 - Konservatoriya 1.1
P. 101

АЗЯРБАЙЖАН МИЛЛИ КОНСЕРВАТОРИЙАСЫ
                               «КОНСЕРВАТОРИЙА» № 2, 2011
                                       ___________________

                   Муьамшцнаслыг  Мугамоведение

                                                                 Elnur ƏHMƏDOV
                                 Azərbaycan Milli Konservatoriyasının dosenti

                                 “ġUR” MUĞAMI

   Açar sözlər: Bəxtiyar Vahabzadə, Nəva, Türk musiqi texnikumu,
tədris proqramı, ustad tarzən Əhməd Bakıxanov, ifaçılıq variantı,
bəstəkar yaradıcılığı.

   “Şur” əsas Azərbaycan muğam dəstgahlarından biridir. Bu, irihəcmli,
çoxhissəli muğam dəstgahı lirik xarakterli olub, parlaq emosional və
obrazlı məzmuna malikdir. Xalq şairi Bəxtiyar Vahabzadə “Muğam”
poemasında “Şur”u belə səciyyələndirmişdir:

              Çoxdan unudulmuş, yeri qalmış yaradır “Şur”,
              Birdən yada düşmüş bir ötən macəradır “Şur”.
              Bir arifin hikmət dolu söz-söhbəti, eşqi,
              Heyrətdən ağıl mülkünə bir pəncərədir “Şur” (1, s. 219).

   Əgər muğamların şifahi surətdə, yaddaş vasitəsilə bizə gəlib çıxmasını
nəzərə alsaq, demək olar ki, “Şur” əsrdən-əsrə daim dəyişikliyə
uğrayaraq, xanəndə və sazəndələrin yaradıcılıq süzgəcindən keçərək,
qorunub saxlanmışdır.

   “Şur”un yaranma tarixini nəzərdən keçirərkən görürük ki, qədim yazılı
ədəbiyyatda – risalələrdə, ədəbi əsərlərdə bu muğamın adı çəkilmir.
Tədqiqatçıların fikrincə, “Şur” muğamının özülünü Orta əsrlərdə 12 klassik
muğamdan biri olan “Nəva” muğamı təşkil edir. Doğrudan da “Nəva”nın
səs sırası “Şur” məqamının səs sırasına çox uyğundur. Bununla belə, digər
bir fikir də var. Bu baxımdan, professor Məmmədsaleh İsmayılovun bəzi
mənbələrə əsaslanan fikirləri də maraqlıdır. O, “Şur” adının XVI əsrdən
sonra yaranmasını göstərərək, belə ehtimal edir ki, “Şur” muğamı müəyyən
dövrdə “Dügah” adını daşımışdır və təsadüfi deyil ki, “Şur” məqamının səs
sırası “Dügah”ın səs sırasına oxşardır. Üzeyir Hacıbəyli zaman keçdikcə
həm muğamların, həm də onların şöbə və guşələrinin dəyişikliyə uğramasını
göstərərək, “Bayatı-Şiraz” və “Şur” kimi yeni adların meydana gəlməsini
bununla izah etmişdir.

   XX əsrin 1920-ci illərində Türk musiqi texnikumunda tədris proq-
ramının işlənib hazırlanması dövründə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə

                                            101
   96   97   98   99   100   101   102   103   104   105   106