Page 98 - Konservatoriya 1.1
P. 98

Dəşti, Ərvah, Hümayun, Novruz-əcəm, Bəhirzavi, İbrahimi, Cəburi, Mah-
mudi, Nari, Rəşidi, Həkimi, Müxalif, Həlilavi, Baclan, Dügah (2, 52).

   «Muğam müəyyən bir məqam üzərində sərbəst improvizasiya yolu ilə
ifa olunur!» fikri əslində hər nə qədər doğru olsa da, – muğamın for-
malaşmış quruluşuna küll halında, ümumiyyətlə və həm də ayrı-ayrı
hissələrinə ayrılıqda diqqətlə baxılsa görünər ki, muğamın hər bir guşəsi,
hər bir şöbəsi, hətta bu guşə və şöbələri təşkil edən hər bir musiqi
cümləsi özlüyündə müəyyən və konkret melodiyadan ibarətdir.

   Sərbəst improvizasiya adlandırılan ifaçılıq məktəbi isə əslində
muğamın əsasını və mahiyyətini təşkil edən hər bir müəyyən melodik
cümlənin, hər bir kiçik musiqi frazasının, muğam musiqi təbirinin
müxtəlif variantlarda (yəqin ki, sənətkarın şəxsi yaradıcılığı və fanta-
ziyasının zənginliyindən asılı olaraq) ifa edilməsi deməkdir.

   Xalq musiqisinin, muğamların mənşəyi, tarixi, habelə ifası da etnomu-
siqişünaslıq mövqeyindən xüsusi şəkildə öyrənilməlidir.

   Muğam nümunələrinin ilk dəfə nə vaxt, necə, harada yaranmasına dair
verilən suallar, fikrimizcə, muğamların öyrənilməsi, ifası, tədrisi ilə məş-
ğul olan sənətşünas və pedaqoq alimləri, musiqişünasları ciddi düşün-
dürməlidir. Çünki, hər hansı janrdakı xalq yaradıcılığı nümunələrinin
bədii-estetik mahiyyətini daha yaxından duymaq, başa düşmək üçün on-
ların mənşəyi, yaranma tarixi haqqında da dolğun məlumata yiyələnmək
zəruridir. Bu baxımdan muğamların yaranma tarixi haqqında da müvafiq
məlumat əldə etmək, yeri gəldikcə tədris prosesində onlara əsaslanmaq
məqsədə muvafiq sayılmalıdır.

   Akademik T.Bünyadov yazır: «Muğam dünyasının hansı xalqa mən-
sub olmasını araşdırıb sübuta yetirmək çətin olduğu qədər də
məsuliyyətlidir, vacib olduğu qədər də şərəflidir. Bu kamilliyi kimi
ərəbə, kimi farsa, kimi türkə, kimi bizə, kimi-kimə bağlaması və ya aid
etməsi yalnız milli mənsubiyyəti, şəxsi mövqeyi və maraq dairəsindən
irəli gəlir. Bizcə, belə qərəzli mövqe qeyri-elmi, qeyri-səmimi olmaqla
yanaşı, həm də ziyanlı və xatalıdı. Digər tərəfdən bu dünyanın sadəcə
olaraq Şərq dünyası olmasına, bəşəriliyinə göz yummaq, onu danmaqdan
başqa bir şey deyildir, desək daha düzgün olar. Bizə elə gəlir ki, bu
mənəvi qida, ruhi qida ərazi, vətən anlayışı baxımından Qədim Şərq ölk-
ələrinin dühasıdır, orada məskunlaşan, orada güzəran keçirən xalqların
kəşfi, ixtirasıdır. Bu geniş torpaqlarda yaşayan xalqların hər biri muğam
yaradıcıları kimi fəxr etməyə, mənimdi deməyə, öyünməyə, sevinməyə
haqqı var. Bu inkaredilməz həqiqəti hamılıqla qəbul etmək, bu baxımdan
yanaşmaq daha düzgün, daha səmimi olar. Əsl həqiqət belədir ki,
muğamların ilkin yaranışı, dünyaya göz açdığı məkan Şərqdir. Şərq
müdrikliyidir. Onun əsli, kökü, rişələri lap elə qol-budaqları da bu

                                             98
   93   94   95   96   97   98   99   100   101   102   103