Page 114 - Konservatoriya 1.1
P. 114

Göründüyü kimi, Ü.Hacıbəylinin bu fikri çox diqqətəlayiq olub, xalq
rəqs musiqisinin bu günkü durumu ilə yaxından səsləşir və tədqiqatçıların
əsərlərində də bu xüsusiyyətlərə diqqət yetirilməsi məqsədəuyğun olardı.

   Müasir dövrdə Azərbaycan musiqisinin dünya miqyasında təbliğatının
geniş miqyas aldığı bir zamanda, əlbəttə ki, xalqın musiqi irsinin
ayrılmaz tərkib hissəsi və ən qədim, ən zəngin sahəsi olan rəqslərimizin
də bütün gözəlliyi ilə təqdim olunması vacibdir.

   Qeyd etmək lazımdır ki, musiqişünaslıqda rəqslərin araşdırılması bir
sıra tədqiqatçılar tərəfindən həyata keçirilmişdir və bu mövzu
tədqiqatçıları həmişə cəlb edir. Azərbaycanda, eləcə də xarici ölkələrdə
(Rusiyada, Türkiyədə və s.) tədqiqatçıların rəqs sənəti ilə bağlı
apardıqları araşdırmalar diqqəti cəlb edir. Bu araşdırmalar müxtəlif elmi
nəşrlərdə, mifoloji, etnoqrafik, ədəbi-tarixi, musiqi-nəzəri tədqiqatlarda
yer almışdır.

   Azərbaycan xalq rəqsləri haqqında Üzeyir Hacıbəylinin, Məmmədsa-
leh İsmayılovun, Bayram Hüseynlinin, Əfrasiyab Bədəlbəylinin, Əhməd
İsazadənin, Səadət Abdullayevanın, Kamal Həsənovun, Elnara Dadaşo-
vanın, Rauf Bəhmənlinin, Leyla Zöhrabovanın və başqalarının
tədqiqatlarında bu janrın əsas xüsusiyyətləri, təsnifatı, inkişaf tarixi,
etimologiyası, musiqi ifadə vasitələri ilə bağlı müxtəlif səciyyəli
araşdırmalar öz əksini tapmışdır.

   Azərbaycan bəstəkar və musiqişünasları xalq rəqs musiqisini toplayıb
nota salmış, nəşr etdirmiş, onları öz yaradıcılıq dəst-xəttilə işləməklə
yanaşı, həmçinin, bu sənətin tədqiqatçılarına çevrilmişlər. Bu baxımdan
xalq rəqslərinin not nəşrlərinə giriş sözü kimi yazılmış elmi məqalələr də
mühüm əhəmiyyətə malikdir: Səid Rüstəmovun, Tofiq Quliyevin,
Bayram Hüseynlinin, Əhməd İsazadə və Nəriman Məmmədovun, Səadət
Abdullayevanın, Rauf Bəhmənlinin not nəşrləri bu qəbildəndir. Belə ki,
bütün bunlar həm də müstəqil tədqiqatlara təkan vermişdir.

   Musiqişünaslıq tədqiqatlarında rəqslər bir neçə cəhətdən səciyyələn-
dirilmişdir: məzmununa, metro-ritmik xüsusiyyətlərinə, ifaçılıq tərkibinə
görə və s.

   Məsələn, Məmmədsaleh İsmayılov Azərbaycan xalq rəqslərinin
zəhmət prosesi, məişət və ənənələrlə əlaqədar olduğunu göstərir və
onların ritmik xarakterinə, melodik və temp xüsusiyyətlərinə görə: ağır –
mülayim, yüngül – oynaq və “ləzginka” tipli cəld və iti rəqslərə
bölündüyünü qeyd edir (2, s. 44). Bu baxımdan “Mirzəyi”, “Turacı”,
“Uzundərə” və s. kimi ağır və yumşaq xarakterli oyun havaları əksər
hallarda yaşlı qadın və kişilər tərəfindən ifa olunur. “Tərəkəmə”,
“Brilyant”, “Ceyranı” kimi yüngül və oynaq xarakterli rəqsləri gənc
oğlan və qızlar oynayırlar. “Qaytağı”, “Qazağı”, “Xançobanı” kimi cəld

                                            114
   109   110   111   112   113   114   115   116   117   118   119