Page 117 - Konservatoriya 1.1
P. 117

olmuşdur. Bundan əlavə, el şənliklərində zurnaçılar ansamblı tərəfindən
ifa olunan ənənəvi havaların müşayiəti ilə kəndirbazlar öz ustalıqlarını
nümayiş etdirirlər. Xüsusi yerlərdə - zorxanada yenə də zurnaçıların
müşayiəti ilə pəhləvanların yarışı təşkil olunur, eləcə də atçapma yarışları
– cıdır keçirilir.

   Azərbaycan toyları xalq rəqsləri ilə zəngin olmuşdur. Toy mərasi-
minin özünəməxsus ənənəvi rəqs havaları yaddaşlarda kök salmışdır. Bu
mərasimlər folklorşünaslar tərəfindən geniş surətdə təsvir olunmuşdur.
Belə ki, gəlin bəyin evinə yola salınarkən, ənənəvi ağır “Atlandırma”
rəqsi ifa olunur. Bəy və cavanlar igidlik, möhkəmlik əks etdirən cəld,
virtuoz rəqsləri (məsələn, “Qazağı”, “Şalaxo”), gəlin və qızlar isə bir
qayda olaraq, özünəməxsus melodiyası ilə bədən hərəkətinin rəvanlığını,
qadın qamətinin cazibəsini və zərifliyini əks etdirən lirik “Uzundərə”,
“Gəlin havası” rəqsləri oynayırlar. Ağır musiqi sədaları altında (məsələn,
“Mirzəyi”) bəyin valideynləri rəqs edirlər.

   Əlbəttə ki, müasir dövrdə bu kimi ənənəvi toy rəqslərinin təsvirlərinə
tədqiqarlarda daha çox rast gəlirik. Lakin real həyatda müasir toy
mərasimləri öz ənənəvi köklərindən çox uzaqlaşmış və demək olar ki,
yeni bir sima almışdır. Buna görə də tədqiqatlarda təsvir olunan toy
mərasimini “folklor toyu” və ya “ənənəvi toy” adlandırmaq bəlkə də
daha məqsədəuyğun olardı.

   Xalq rəqsləri ifaçılığında müəyyən alətlərdən istifadə olunur. Belə ki,
rəqqas və rəqqasələri müşayiət etdikdə zurna, balaban, tütək, dambur,
tulum, ney, nağara, qoşanağara, qaval, şaxşax və laqqutidən istifadə
olunur. Bu nəfəs və zərb alətləri əsasən kiçik tərkibli ansambllarda bir-
ləşir, məsələn, iki zurna (solist və dəmkeş) və nağara kimi ansambl xalq
instrumental musiqisində çox tətbiq olunur.

   Bununla yanaşı, xalq çalğı alətləri ifaçılığında digər ansambllar
tərəfindən, məsələn, həm kiçik tərkibli - tar, kamança və nağaradan ibarət
üçlük, həm də geniş tərkibli xalq çalğı alətləri ansamblları tərəfindən xalq
rəqslərinin özünəməxsus tərzdə ifası geniş yayılmışdır. Xalq rəqslərinin
ifasında həmçinin, əsl xalq çalğı alətinə çevrilmiş yarımton düzülüşlü
Şərq qarmonu və klarnetdən də istifadə olunur. Bu baxımdan xalq çalğı
alətləri ilə bağlı tədqiqatların aparılması da önəmlidir.

   Xalq rəqslərinin toplama və notlaşdırma işinin genişləndirilməsi,
müasir texniki vasitələrlə CD-DVD disklərə yazılması və nəşri onların
qorunmasını və bütün zənginliyi ilə gələcək nəsillərə ötürülməsini təmin
edir. Bütün bunlar günümüzün vacib məsələlərindən sayılır.

   Bu sahədə meydana gələn ən önəmli nəşrlərdən biri 1937-ci ildə Səid
Rüstəmov tərəfindən toplanıb, nota yazılmış “Azərbaycan xalq rəqsləri”
məcmuəsidir. Bu məcmuəyə 30 rəqs daxil idi. Məcmuədə ancaq qədim

                                            117
   112   113   114   115   116   117   118   119   120   121