Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Xanəndə və İnstrumental muğam ifaçılarının V Respublika müsabiqəsi başa çatıb.

 

Fevralın 23-də AMK-nın “Böyük zal”ında müsabiqənin yekun kanserti – mükafatlandırma mərasimi keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov, AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, tanınmış mədəniyyət və incəsənət xadimləri, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Həftə boyu davam edən müsabiqə dinləyicilər üçün açıq şəraitdə keçirilib.

 

Müsabiqənin ilk turundan sonra həlledici növbəti – II turda 21 nəfər iştirakçı əsas yerlər uğrunda mübarizə aparıblar. Onlardan 10 nəfər iştirakçı Xanəndəlik nominasiyası üzrə, digər 10 nəfər isə İnstrumental muğam ifaçılığı üzrə öz istedadlarını nümayiş etdiriblər.

 

İştirakçıların uğurlu çıxışları, münsiflər heyətini hər yer üzrə (1,2,3) iki iştirakçı seçməyə mcbur edib. Təyin olunmuş yerlərdən əlavə müsabiqədə uğurlu çıxışlarına görə ikinci turun digər iştirakçıları Diplomla təltif olunublar.

 

Diplomlar Münsiflər heyətinin üzvləri və Təhsil Naziri müavini Firudin Qurbanov tərəfindən təqdim olunub. Naziri müavini Firudin Qurbanov və AMK-nın rektoru Siyavuş Kərimi çıxış edərək iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıblar.

 

Sonda 1-ci yerə layiq görülən iştirakçıların çıxışları baş tutub.

 

Qeyd edək ki, müsabiqədə ilk üç yeri tutan qalib iştirakçılar V Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ qazanıblar.

 

Müsabiqədə əsas 3 yer üzrə qalib olan iştirakçılar:

 

Xananəndəlik nominsaiyası üzrə

 

I Yer

Almaxanım Əhmədli Vüqar qızı
Nisbət Sədrayeva Əlfəddin qızı

 

II Yer

Pərviz Qasımov Qasım oğlu
Səma Sultanova Habil qızı

 

III yer

Gülnar Qüdrətli Davud qızı
Elsevər Muradov Səxavət oğlu

 

İnstrumental muğam ifaçılığı nominasiyası üzrə

 

I Yer

Nurlan Cəbizadə Bəhruz oğlu
Elnur Mikayılov Babakişi oğlu

 

II Yer

Mircavid Cəfərov Mircavad oğlu
Ələfsər Rəhimov Allahverdi oğlu

 

III Yer

Arifə İmanova Arif qızı
Zülfüqarov İsmayıl Məmmədağa oğlu