“TÜRKSOYLU XALQLARIN MUSİQİ MƏDƏNİYYƏTİNİN TƏDQİQİ PROBLEMLƏRİ” adlı XV Beynəlxalq elmi-praktiki konfrans keçirildi. Açılışı AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbir AMEA, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə keçirildi. Konfrans Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuşdur. Plenar iclasdan sonra konfrans öz işini 4 seksiya üzrə davam etdirib. Qeyd edək ki, bir sıra məruzələr AMK-da dinlənildi. Belə ki, AMK-dan Fəttah Xalıqzadə “Musiqi türkologiyası: nailiyyətlər, problemlər”, Lalə Hüseynova “Türksoylu xalqların simli çalğı alətlərinin mövcudluğu və rekonstrusiya problemlərinə dair mülahizələr”, Fəxrəddin Baxşəliyev “Şah Xətai və aşıqlıq ənənəsi”, Gülnarə Manafova “Türkçülük rəmzləri Cavanşir Quliyevin təfsirində” və s. məruzələr, habelə digər Universitetlərdən olan nümayəndələrin çıxışları dinənildi.