Azərbaycan Milli Konservatoriyasında
2 fakultə fəaliyyət göstərir:
— “İfaçılıq”
— “Musiqi tarixi və nəzəriyyəsi”

  • İfaçılıq
  • Musiqi tarixi və nəzəriyyəsi
  • İfaçılıq” fakültəsinin dekanı – sənətşünaslıq üzrə fəlsəfə dokroru, dosent Səadət Saday qızı Verdiyeva.

     

     

    “İfaçılıq” fakültəsinin tərkibində aşağıdakı kafedralar fəaliyyət göstərir:

    Xalq çalğı alətləri” kafedrası.Kafedranın müdiri, ə/m. AMK-nın professoru Əzizov Ramiz Mahmud oğludur. “Xalq çalğı alətləri” kafedrasında İxtisas-not ifaçılığı,İxtisasın tədris metodikası, Kamera ansamblı və s. fənnlər tədris olunur.

    Muğam-Xanəndə” kafedrası. Kafedranın müdiri, professor, xalq artisti İbrahimov Mənsum İsrafil oğludur. Muğam-xanəndə kafedrasında Vokal sənəti-xanəndə ixtisası üzrə təhsil alan tələbələr tərəfindən Azərbaycanımızın milli sərvəti olan muğamlarımız, həmçinin, xalq və bəstəkar mahnılarımız ifa edilir. “Muğam-Xanəndə” kafedrasında İxtisas-xanəndə ifaçılığı, Aktyor sənətinin əsasları, Opera sinfi və s. fənnlər tədris olunur.

    İnstrumental muğam” kafedrası. Kafedranın müdiri, xalq artisti, dosent Mansurov Malik Məmməd oğludur. “İnstrumental muğam” kafedrasında Muğam ifaçılığı, Müşayiət sinfi, Azərbaycan xalq rəqs musiqisi, İxtisas aşıq sənəti fənnləri tədris olunur.

    Humanitar fənnlər” kafedrası. Kafedranın müdiri Filalogiya elmləri

    namizədi, dosent Qurbanov Firudin Əliağa oğludur. “Humanitar fənnlər” kafedrasında bütün ixtisaslar üzrə təhsil alan tələbələr Azərbaycan tarixi, Xarici dildə işgüzar və akademik kommunikasiya, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, Fəlsəfə və s. fənnlər tədris olunur.

    Fortepiano” kafedrası.Kafedranın müdiri AMK-nın dosenti,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru Şahməmmədova Naibə Maqsud

    qızıdır.Fortepiano kafedrasında bütün ixtisaslar üzrə təhsil alan tələbələr

    müxtəlif ölkə bəstəkarlarının əsərlərini öyrənir, ifa edirlər.

  •  

     

    “Musiqi tarixi və nəzəriyyəsi” fakültəsinin dekanı  – Rövşanə Yaqub qızı Kərimova

     

     

    1974-cü ildə Bakı şəhərində anadan olub. O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil almış, 1997-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını “Musiqişünaslıq” ixtisası üzrə bitirib.

    Rövşanə Kərimova 1996-cı ildən Bakı Musiqi Akademiyasında əmək fəaliyyətinə başlayıb və 2005-ci ilə qədər burada baş laborant vəzifəsində çalışıb.

    2005-ci ildən Azərbaycan Milli Konservatoriyasının Tədris-Metodiki Mərkəzinin müdiri və “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi kimi fəaliyyət göstərir. 2013-cü ildən baş müəllim, 2018-ci ildən isə dosent vəzifəsində çalışır.

    2015-ci ildə “Azərbaycan bəstəkarlarının əsərlərində dini mövzunun təzahürü” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə edib və 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

    Rövşanə Kərimova 30-a yaxın elmi məqalənin, dərs vəsaitlərinin və fənn proqramlarının müəllifidir. O, elmi fəaliyyəti çərçivəsində müxtəlif ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edib və Azərbaycan musiqi elminin, həmçinin milli mədəniyyətin təbliği istiqamətində bir sıra təqdimatlar həyata keçirib.