Sədr:   Ayxan İmanov

Sədr müavinləri:

Elçin Əliyev.

Kəmalə Əliyeva.

Sevil Ağayeva.

 

Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatı 2005-ci ildə yaradılmışdır. Tələbələrin özlərinin idarəetmə orqanı olan TGT, tələbələrin hüquqlarını qorumaq, potensialını aşkarlamaq, tələbə şəbəkəsi ilə əhatəsini genişləndirmək, gələcəyə fikirlərini yönəltmək və strategiyasını qurmağa dəstək olmaq, tələbələrin asudə vaxtını maraqlı təşkil etməkdir.

TGT-nin daxilində 6 Departament, 4 Mərkəz və Ümumi şöbə fəaliyyət göstərir.

Azərbaycan Milli Konservatoriyasının daxilində keçirilən tədbirlər, intellektual yarışmalar, konsertlər, sərgilər, idman yarışları, musiqi festivalları və s. kimi tədbirləri TGT-nin üzvləri və yeni üzv olan tələbələrin layihələri əsasında formalaşır. Maraq və ixtisas dairəsinə əsaslanan bu layihələri həyata keçirən layihənin müəllifidir. Tələbə ideyasını TGT Layihələr Departamentinə təqdim edir. Layihələr Departamenti ideyanı layihə kimi formalaşdırıb mövzuya uyğun olan departamentə ünvanlandırır. Departament rəhbəri layihəni sədr müavinlərinə ünvanlandırır. Bir neçə düzəlişlərdən sonra layihə TGT sədrinə ünvanlanır. Sədr tərəfindən təsdiqini tapan layihə start halını alır. Layihəni qəbul etmiş departament ideya müəllifi olan tələbəyə lazımi məlumat və informasiyanı çatdırır. Layihə müəllifi layihəsini həyata keçirmək üçün işçi qrupu yaradaraq öz fəaliyyətinə başlayır. Layihənin məkanı və zamanı müəyyənləşdirildikdən sonra layihə başlayır.

Universitetdən kənarda keçirilən tədbirlərdə tələbələrin iştirakını könüllü təşkil etmək üçün keçirilən tədbirin mövzusuna marağı olan tələbələr cəlb edilir. Bu vəzifəni İnsan Resursları Departamenti təşkil edir. Bundan əlavə, hər ixtisasın qruplar üzrə nümayəndələri olur.

Bu sistem vasitəsi ilə AMK TGT tələbələrin asudə vaxtının təşkilində, onların ixtisaslarının təkmilləşdirilməsində və maraqlarının artırılmasında tələbələri düzgün şəkildə məlumatlandırmış olur.

Ümumi şöbə

Ümumi şöbənin səlahiyyətlərinə aiddir: keçirilmiş tədbirlərin statistikasının və sənədlərinin, təqdimatların, əmrlərin, ərizələrin, aktların, daxil olan və göndərilən sənədlərin, iş planlarının, hesabat-seçki konfranslarının protokollarının, keçirilmiş tədbirlərin protokollarının, hər ay İdarəetmə Şurasının iclasının keçirilməsi və həmin iclasların protokollarının hazırlanması.

Departamentlər:

İnsan Resursları Departamenti

İnsan Resursları Departamentinin səlahiyyətlərinə aiddir: TGT üzvlərinin siyahısının və üzvlük blanklarının, fakültə sədrlərinin, qrup nümayəndələrinin, İdarəetmə Şurasının, Nəzarət – Təftiş Komissiyasının üzvlərinin siyahısının və onların şəxsi işlərinin, ehtiyat blanklarının təminatı. Əcnəbi Tələbələrlə İş Mərkəzi, ATK ilə İş Mərkəzi, Tələbə Problemləri və Araşdırmalar Mərkəzi Departamentin daxilində fəaliyyət göstərirlər.

Gənclər və İdman Departamenti

Gənclər və İdman Departamenti Azərbaycan Milli Konservatoriyasında gənclərin səmərəli asudə vaxtının təşkil olunması və dövlət gənclər siyasətinin inkişafı istiqamətində fəaliyyət göstərir.

Beynəlxalq Əlaqələr Departamenti

Beynəlxalq Əlaqələr Departamenti yerli tələbələrlə xarici universitetlərin tələbələri arasında əlaqələr qurmağa şərait yaradır. Bundan əlavə, departament tələbələrin xarici təlimlərdə və buradakı konsulluqların layihələrində iştirakını təşkil edir.

Layihələr Departamenti

Layihələr Departamenti tələbələrin ən yaxşı ideyalarını seçərək müxtəlif layihələri həyata keçirir. Departament universitetdə və universitetdən kənarda yeni layihələrin keçirilməsini təminedir. Bundan əlavə, qurum ideyaların reallaşmasını görmək, yaratmaq, dəyişmək, fəal olmaq və öz layihələrinə dəstək görmək istəyən tələbələri özündə birləşdirir. 

İctimaiyyətlə Əlaqələr Departamenti

İctimaiyyətlə Əlaqələr Departamenti TGT-nin Kütləvi İnformasiya Vasitələri ilə əlaqələrini qurur, divar qəzetlərinin çıxarılmasını təşkil edir, təşkilatı sosial şəbəkələrdə və ümumiyyətlə, virtual şəbəkədə təmsil edir. İnformasiya Texnologiyaları Mərkəzi İctimaiyyətlə Əlaqələr Departamentinin daxilində faəliyyət göstərir.

Elm və Təhsil Departamenti

Elm və Təhsil Departamenti tələbələrinin intellektual səviyyələrinin inkişafına kömək göstərir. Departament, əsasən, təhsil mövzusunda layihələr həyata keçirir. Bundan əlavə, qurum bir çox təlim və elmi konfranslar təşkil edir. Departament Tələbə Elmi Cəmiyyətlə sıx əməkdaşlıq edir.

Mərkəzlər:

İnformasiya Texnologiyaları Mərkəzi

İnformasiya Texnologiyaları Mərkəzi TGT-nin virtual fəaliyyətinə aid olan məsələlərlə məşğul olur. Mərkəz saytın və digər rəsmi səhifələrin texniki işlərini idarə edir. İnformasiya Texnologiyaları Mərkəzi İctimaiyyətlə Əlaqələr Departamentinin daxilində fəaliyyət göstərir.

Azərbaycan Tələbə Kartı ilə İş Mərkəzi

Azərbaycan Tələbə Kartı ilə İş Mərkəzi Konservatoriya daxilində tələbə gənclərin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və ATGTİ-nin birgə təşkilatçılığı ilə təsis olunan “Azərbaycan Tələbə Endirim Kart”larının qeydiyyat məsələləri ilə məşğul olur. Mərkəz İnsan Resursları Departamentinin daxilində fəaliyyət göstərir.

Əcnəbi Tələbələrlə İş Mərkəzi

Əcnəbi Tələbələrlə İş Mərkəzi Azərbaycan Milli Konservatoriyasında təhsil alan xarici vətəndaşların birliyini, onların tələbə həyatında aktivliyini və səmərəli fəaliyyətinin təşkil olunmasını, kütləvi şəkildə xüsusi tədbirlərə cəlb olunmasını, onların problemlərinin rəhbərliyə çatdırılmasını təmin edir. Əcnəbi Tələbələrlə İş Mərkəzi İnsan Resursları Departamentinin daxilində fəaliyyət göstərir.

Tələbə Problemləri və Araşdırmalar Mərkəzi

Tələbə Problemləri və Araşdırmalar Mərkəzi tələbələrin ümumi təklif və iradlarını, problemləri haqqında şikayətlərini, tələbə həyatının inkişaf etdirilməsi istiqamətində  istəklərini TGT rəhbərliyinə, o cümlədən universitet rəhbərliyinə çatdırır. Tələbə Problemləri və Araşdırmalar Mərkəzi İnsan Resursları Departamentinin daxilində fəaliyyət göstərir.