Hacı Xanməmmədov 100 il

 

“Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi”

 

Azərbaycan Milli Konservatoriyasında (AMK) 26-30 noyabr 2018-ci il tarixlərində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi” keçiriləcək.

 

Müsabiqə ali və orta ixtisas təhsili müəssisələrinin (11 illik musiqi məktəbləri də daxil olmaqla) Xalq Çalğı alətləri üzrə təhsil alan şagird və tələbələr arasında keçiriləcək.

 

Müsabiqənin məqsədi gənc nəslin estetik tərbiyəsinin, ümumi musiqi zövqünün formalaşması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, ifaçılıq qabiliyyətinin yüksəldilməsi və təkmilləşdirilməsindən ibarətdir.

 

Müsabiqə instrumental ifaçılıq (tar,kamança, qanun və milli nəfəs alətləri) üzrə 2 yaş qrupundan (I yaş qrupu – 16-19, II yaş qrupu – 19-25) ibarət olub 2 mərhələ üzrə keçiriləcək.

 

Müsabiqənin münsiflər heyətində Azərbaycanın tanınmış Xalq çalğı alətləri ifaçıları yer alacaq.