Azərbaycan Milli Konservatoriyası (AMK) müəlliminin əsəri Nyu-Yorkda səslənib. Sentyabrın 28-də ABŞ-ın Nyu-york şəhərində, Hellen Mills konsert salonunda Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsertdə AMK-nın müəllimi, gənc bəstəkar Sevinc Balabəyovanın iki romansı səslənib. Şairin sözlərinə yazılmış vokal silsilədən ibarət iki romans, “Təzə ay gördükdə Dilbər” və “Ətrini duyuram səməndən, güldən” […]
Ətraflı >>
							
