Martynas Levickisin konserti

Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq müsabiqələr laureatı, beynəlxalq Akkordeonistlər Konfederasiyasının Dünya Kubokunun qalibi, virtuoz akkordeon ifaçısı Martynas Levickisin konserti keçirildi. İfaçı müxtəlif bəstəkarların əsərlərinə müraciət edərək maraqlı proqramla çıxış etdi. Belə ki, Martynas Levickisin ifasında səslənən A.Vivaldi, N.Paqanini, A.Piozolla, C.Rossini, Motsart və s. bəstəkarların əsərləri böyük maraqla qarşılandı.

Ətraflı >>

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert

Azərbaycan Milli Konservatoriyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert baş tutdu. Təhsil Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan istedadlı və yaradıcı tələbələri 31-dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsertə baxmaq üçün AMK-ya topladı. Təhsil Nazirliyinin təşəbbüsü və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə […]

Ətraflı >>

Ad Günü Təbriki

Möhtərəm cənab Prezident! Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbə heyəti adından Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik. Sizin rəhbərliyiniz altında inamla irəliləyən Azərbaycanın vüsətli inkişafında zəngin mədəni irsimizin, o cümlədən qədim musiqi sənətimizin daim prioritet istiqamətlərdən biri olması bizləri daim sevindirir və qürurlandırır. Bunun nəticəsidir ki, milli musiqimizin, ulu muğam sənətimizin sorağı dünyanın […]

Ətraflı >>

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Bakı Metropolitenində maraqlı və kreativ aksiya həyata keçirmişdir.

21 noyabr 2015 -ci il tarixdə bir qrup gənc Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Bakı Metropolitenində maraqlı və kreativ aksiya həyata keçirmişdir. Layihənin məqsədi Üzeyir Hacıbəyovun 130 illik yubileyini qeüd etmək, onun əsərlərini cəmiyyətə tanıtmaq və kreativ şəkildə dahi şəxsiyyəti yad etmək olub. Metronun qatarlarından birində qəflətən 20 nəfərə qədər Milli Konservatoriyanin musiqiçi tələbəsi Üzeyir […]

Ətraflı >>

Gülüstan Əliyevanın solo konserti keçirildi

Azərbaycan Milli Konservatoriyasında Respublikanın Əməkdar artisti, Gülüstan Əliyevanın solo konserti keçirildi. Konsert ilk olaraq AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kəriminin giriş sözü ilə başladı. Sonra söz musiqiyə verildi. G.Əliyevanın ifasında Xaric Segah, bir sıra xalq və bəstəkar mahnıları ifa olundu. Bu sırada C.Cahangirovun “Gözəlim”, “Süsən qızlar” , A.Bəbirovun “Bənövşə”, T.Bakıxanovun “Azərbaycan gölləri” mahnıları, eləcə […]

Ətraflı >>