Türkiyədə magistratura pilləsi üzrə təhsil imkanı | ELAN!

Mayın 31-də Azərbaycan Milli Konservatoriyasının Bakı Zalında Türkiyə Respublikasının Eğitim Müşavirliyi nəzdində fəaliyyət göstərən ‘Final Dershanesi’nin rəhbəri Serhat Kalmazla görüş keçiriləcək. Sərhat Kalmaz, Türkiyədə magistratura pilləsi üzrə təhsil almaq imkanları barədə xüsusi proqramla çıxış edəcək. Görüş saat 14:00-da başlayacaq.

Ətraflı >>

‘Ümumi fortepiano’ kafedrasının konserti keçirilib

Mayın 26-da Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında ‘Ümumi fortepiano’ kafedrasının konserti keçirilib. Konsertdə AMK-nın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər. Konsertdə ‘İfaçılıq’ fakultəsinin Solo oxuma, Milli vokal və Xalq çalğı alətləri üzrə təhsil alan tələbələri çıxış ediblər. Tələbələr xarici, rus və Azərbaycan bəstəkarlarının fortepiano üçün yazılan əsərlərini və işləmələrini səsləndiriblər. Böyük maraqla […]

Ətraflı >>

AMK-nın rəsmi internet səhifəsi təqdim olunub

Azərbaycan Milli Konservatoriyasının (AMK) müasir tələblərə cavab verən və geniş texniki imkanlara sahib www.conservatory.az rəsmi internet səhifəsi istifadəyə verilib. İnternet səhifəsinin təqdimatı mayın 25-də AMK-nın Bakı zalında keçirilib. Ümumi şöbənin müdiri Şəlalə Rzayeva səhifənin funksiyaları barədə ətraflı məlumat verib. Təqdimatda AMK-nın professor-müəllim heyəti və rektor Siyavuş Kərimi iştirak edib. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət […]

Ətraflı >>

Bakı Zalında növbəti ‘Musiqi saatı’ keçirilib

Mayın 25-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında növbəti ‘Musiqi saatı’ keçirilib. Tələbələr ənənəyə uyğun olaraq növbəti dəfə AMK-nın professor-müəllim heyəti qarşısında çıxış ediblər. Konsertdə AMK-nın tələbələri tərəfindən yardılan ansambl, Azərbaycanın milli muğamlarını və xalq mahnılarını səsləndiriblər. Konsertdə çıxış ediblər: Orxan Hüseynov (Xanəndə) Zəfər Əhmədov (Tar) Müşfiq Lətifov (Kamança) Aytac Vəzirova (Qanun) Vüsal Bayramov (Nağara) […]

Ətraflı >>

Arif Babayevin doğum günü

Canlı Korifeyimiz, Arif Babayevin doğuum günü münasibəti ilə Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi tərəfindən Milli Konservatoriyanın “Muğam Klub”unda dahi sənətkar üçün möhtəşəm tədbir keçirildi. Tədbirdə Milli Konservatoriyanın rektoru, professor, müəllim və işçi heyəti, Arif müəllimi təbrik etdi. Milli Konservatoriyanın Rektoru Siyavuş Kərimi Arif Babayevi Azərbaycan Milli Konservatoriyasının Xatirə Medalı ilə təltif etdi. Tədbir Milli Konservatoriyanın müəllimləri, […]

Ətraflı >>