“Leyli və Məcnun” operasının nümayiş vaxtı dəyişdirilir

Azərbaycan Milli Konservatoriyası və Rusiyada fəaliyyət göstərən Mədəniyyət və İncəsənət Studiyası ortaq qərara gələrək hörmətlə elan edir ki, oktyabrın 16-sı Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək “Leyli və Məcnun” operasının nümayiş vaxtı dəyişdirilir.   Belə ki, gözlənilən opera 2018-ci ilin əvvəllərində “Crocus City Hall” konsert zalında tamaşaya qoyulacaq.   Vaxtın uzadılmasına səbəb texniki məsələlərin həlli üçün […]

Ətraflı >>

Bülbülün 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Oktyabrın 12-də Azərbaycan Milli Konservatoriyasının (AMK) ‘Bakı zalı’nda dahi müğənni və musiqi xadimi, Azərbaycan professional vokal sənətinin banisi Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov) 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.   Konfransda AMK-nın rektoru, professor Siyavuş Kərimi, Tədris işləri üzrə prorektor, professor Malik Quliyev, Elmi işlər üzrə prorektor, professor Lalə Hüseynova, həmçinin konservatoriyanın […]

Ətraflı >>

“Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

2017-ci ilin 26-27 oktyabr tarixində Azərbaycan Milli Konservatoriyasında (AMK), Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMK-nın birgə təşkilatçılığı ilə “Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfransın açılışı 26 oktyabr saat 10:00-da keçiriləcək.   Konfransda Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Özbəkistan və Qazaxıstandan olan etno-musiqişünasların, musiqin tədrisi üzrə mütəxəsislərin, professorların, həmçinin bir sıra beynəlxalq ekspertlərin […]

Ətraflı >>

AMK ilə Rumıniyanın Azərbaycan Republikasındakı Səfirliyi arasında əməkdaşlıq genişlənir

Oktyabrın 3-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, professor Siyavuş Kərimi Rumıniyanın Azərbaycan Republikasındakı Səfirliyinin Diplomatik Müşaviri Mihaela İanku ilə görüşüb.   Görüşdə AMK-nın tədris işləri üzrə prorektoru, professor Malik Quliyev, habelə AMK-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Cahangir Səlimxanov və digər idarə heyəti üzvləri iştirak ediblər.   Qonaqları salamlayan rektor, professor S.Kərimi AMK-nın tarixi, tədris prosesi, […]

Ətraflı >>

AMK və Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi birgə layihədə

Oktyabrın 2-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, professor Siyavuş Kərimi Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət cə İctimai Əlaqələr üzrə Rəhbəri Saki Uçidate ilə görüşüb.   Qonağı AMK-da görməkdən məmnun olduğunu söyləyən rektor S. Kərimi, Konservatoriyanın tədrisi, həyata keçirdiyi tədbirlər və beynəlxalq layihələr haqqında Saki Uçidate’ə məlumat verib.   Rektor S.Kərimi bildirib ki, iki ölkənin mədəniyyətləri […]

Ətraflı >>