“İstedadlı gənclərin estrada-vokal müsabiqəsi” | Final konserti keçirilib

“İstedadlı gənclərin estrada-vokal müsabiqəsi”nin final konserti baş tutub.   Noyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında (AMK) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “İstedadlı gənclərin estrada-vokal müsabiqəsi”nin final-qala konserti keçirilib.   Layihə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AMK və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə baş tutub. Layihənin ideya müəllifi AMK Tələbə Gənclər […]

Ətraflı >>

Hacı Xanməmmədov 100 il – “Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi”

Hacı Xanməmmədov 100 il   “Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi”   Azərbaycan Milli Konservatoriyasında (AMK) 26-30 noyabr 2018-ci il tarixlərində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi” keçiriləcək.   Müsabiqə ali və orta ixtisas təhsili müəssisələrinin (11 illik musiqi məktəbləri […]

Ətraflı >>

Görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Noyabrın 6-da Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.   Konfrans AMK Tələbə elmi cəmiyyətinin təşəbbüsü ilə reallaşıb.   Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.   Əvvəlcə görkəmli bəstəkara həsr edilmiş videoçarx nümayiş olunub. Videoçarxda dahi […]

Ətraflı >>

AMK-nın tələbəsi Erasmus+ proqramında

21-31 oktyabr tarixlərində Türkiyənin Trabzon şəhərində Avropa Komissiyasının Erasmus+ (“Tolerance will win”) proqramı çərçivəsində keçirilən təlimlərdə Azərbaycan Milli Konservatoriyasının (AMK) 3-cü kurs tələbəsi (Milli vokal) Riad Cəbrayılov “İrəli” İctimai Birliyinin 8 nəfərlik gənclərdən ibarət heyətində yer alıb.   Heyətdə əsas musiqiçi üzv olaraq iştirak edən Riad Cəbrayılov Erasmus+ proqramının hazırladığı müxtəlif tədbirlərdə iştirak edib.   […]

Ətraflı >>

Əməkdar İncəsənət Xadimi Məmmədağa Kərimovun 70 illik yubileyi qeyd edilib

Oktyabrın 26-da Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli tar ifaçısı, Əməkdar incəsənət xadimi, konservatoriyanın professoru Məmmədağa Kərimovun 70 illik yubileyi qeyd edilib.   Tədbir Məmmədağa Kərimovun həyat və yaradıcılığı haqqında geniş məlumatın təqdimatı ilə başlayıb.   Yubiley gecəsində AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək görkəmli tar ifaçısı Məmmədağa Kərimovun pedaqoji fəaliyyətindən və tar ifaçılığı […]

Ətraflı >>