AMK-nın tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” II ümumrespublika bilir yarışında iştirak ediblər.

Azərbaycan Milli Konservatoriyasının tələbələri Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” II ümumrespublika bilir yarışında iştirak ediblər. Azərbaycan Milli Konservatoriyasının komandası 46 ali məktəb arasında 16-cı yeri qazanıb. Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında […]

Ətraflı >>

Elmi seminar

Azərbaycan Milli Konservatoriyasının “Milli musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, professor Fəttah Xalıqzadənin elmi seminarı keçrildi. “Müasir musiqişünaslığın problemləri” adlı seminarda musiqiyə dair müxtəlif mövzular müzakirə olundu.

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasında Vüqar Əliyevin solo konserti keçirildi.

AMK-da Konservatoriyanın müəllimi, Opera və Balet Teatrının solisti Vüqar Əliyevin solo konserti keçirildi. Konsertdə “Mahur -Hindi” dəstgahı, Bayatı-şiraz təsnifi, “Bəh-bəh” xalq mahnısı, eləcə də “Ürəklərdə qalaydım” (musiqisi Nəriman Məmmədov, sözləri Etibar Babayev) mahnısı ifa olundu. V.Əliyevi xalq çalğı alətləri ansamblı müşayət edirdi. Belə ki, tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, balabanda Baxış Binyətov, qanunda Gülşən […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasında Vasif Adıgözəlovun 80 illiyinə həsr olunan yubiley konserti keçirildi.

Azərbaycan Milli Konservatoriyasında İstiqlal və Şöhrət ordenli görkəmli bəstəkar, Xalq artisti, professor Vasif Adıgözəlovun 80 illiyinə həsr olunan yubiley konserti keçirildi. Tədbirdə İlk olaraq Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək V.Adıgözəlovun yaradıcılığından söz açdı. Konsertdə Azərbaycan Dövlət Xalq çalğı alətləri orkestri çıxış edirdi. Konservatoriyanın Dirijorluq kafedrasının müdiri, orkestrin bədii rəhbəri və baş […]

Ətraflı >>

Umumi f-no kafedrasının konserti

Azərbaycan Milli Konservatoriyasının “Bakı” zalında “Ümumi fortepiano” kafedrasının hesabat konserti keçirildi. Bu konsertin keçirilməsi ilə tələbələrin öz ifaçılıq istedadı və bacarıqlarını təqdim etməsi üçün geniş imkanlar açılmış oldu. Konsertin proqramı olduqca zəngin idi. Buraya həm Avropa, rus, həm də Azərbaycan bəstəkarlarının əsərləri daxil edilmişdi. Belə ki, İ.S.Bax “Menuet” və F.Əmirov “Lay-lay” Məmmədov Səxavət X.ç.a ixtisası […]

Ətraflı >>