“Bülbül 120” Musiqi Festivalının ikinci gününə yekun vurulub

Dekabrın 19-da Azərbaycan Milli Konservatoriyasında (AMK) Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyinə həsr edilmiş “Bülbül 120” Musiqi Festivalının ikinci günü keçirilib.   Festivalın ikinci günündə incəsənətin müxtəlif janrları üzrə kollektivlər, rəqqaslar və musiqiçilər çıxış ediblər.   AMK-nın […]

Ətraflı >>

“Bülbül 120” Musiqi Festivalının ilk günü başa çatıb

Dekabrın 18-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyinə həsr edilmiş “Bülbül 120” Musiqi Festivalı işə başlayıb.   Festival AMK-nın rektoru, Xalq artisti Siyavuş Kəriminin giriş sözü ilə açıq elan edilib. Rektor Siyavuş Kərimi […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasının kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib

Dekabrın 12-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının (AMK) birgə təşkilatçılığı ilə dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.   Mərasimdən öncə AMK-nın kollektivi Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.   Təhsil […]

Ətraflı >>

Görkəmli bəstəkar Emin Sabitoğlunun 80 illiyi qeyd edilib

Dekabrın 6-da Azərbaycan Milli Konservatoriyasının Böyük zalında görkəmli bəstəkar, Xalq Artisti Emin Sabitoğlunun 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbir AMK Tələbə Gənclər Təşkilatı və Mədəniyyət Tv-nin birgə təşkilatçılığı ilə baş tutub.   Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Fərəh Əliyeva, konservatoriyanın professor-müəllim heyyəti, tələbələr […]

Ətraflı >>

Abbasqulu Nəcəfzadə 60 il | “Çoxşaxəli yaradıcıllıq yolu” mövzusunda elmi seminar təşkil olunub

Dekabrın 6-da Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında AMK-nın “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadənin 60 illik yubileyinə həsr olunmuş “Çoxşaxəli yaradıcıllıq yolu” mövzusunda elmi seminar keçirilib.   Seminarda AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyyəti, həmçinin dəvət olunmuş elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. […]

Ətraflı >>