Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fevralın 26-da Azərbaycan Milli Konservatoriyası (AMK) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə konservatoriyanın “Böük zal”-da Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.   Tədbirdə AMK-nın rektoru, xalq artsiti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.   Tədbir iştirakçıları ilk olaraq soyqırımın dəhşətlərini özündə əks etdirən videoçarxa baxıblar. Təqdim olunan video görüntülərdə Ermənistan-Azərbaycan, […]

Ətraflı >>

V Respublika Muğam Müsabiqəsi başa çatıb

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Xanəndə və İnstrumental muğam ifaçılarının V Respublika müsabiqəsi başa çatıb.   Fevralın 23-də AMK-nın “Böyük zal”ında müsabiqənin yekun kanserti – mükafatlandırma mərasimi keçirilib.   Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov, AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, tanınmış mədəniyyət və incəsənət xadimləri, konservatoriyanın […]

Ətraflı >>

Arif Babayevin 80 illik yubileyi qeyd olunub

Fevralın 20-də Azərbaycan Milli Konservatoriyasının (AMK) “Böyük zal”ında görkəmli muğam ifaçısı, Azərbaycanın xalq artisti, konservatoriyanın “Xanəndə” kafedrasının müdiri, professor Arif Babayevin 80 illik yubileyi geniş konsert proqramı ilə qeyd olunub.   Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov, AMK-nın rektoru, xalq artisti Siyavuş Kərimi, tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin konservatoriyanın professor-müəllim heyəti və […]

Ətraflı >>

V Respublika Muğam Müsabiqəsi öz işinə başlayıb

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Xanəndə və İnstrumental muğam ifaçılarının V Respublika müsabiqəsi öz işinə başlayıb.   Fevralın 19-da AMK-nın “Böyük zal”ında müsabiqənin ilk turunun birinci hissəsi keçirilib.   Müsabiqənin açılış mərasimində AMK-nın rektoru, xalq artisti Siyavuş Kərimi giriş nitqi söyləyib.   Xalq artisti S. Kərimi bildirib ki, respublika […]

Ətraflı >>

Arif Babayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Milli Konservatoriyası “Xanəndə” kafedrasının müdiri, görkəmli muğam ifaçısı, Azərbaycanın xalq artisti, professor Arif Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb.   Sərəncam:   Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraqqərara alıram:   Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Arif İmran oğlu Babayev “Şərəf” ordeni ilə təltif […]

Ətraflı >>