Mayın 22 də AYB nìn sədri,Xalq yazıçısı Anarla görüş keçirilib

Mayın 22 də AYB nìn sədri,Xalq yazıçısı Anarla görüş keçirilib.Görüşdə Azərbaycan Milli konservatoriyasının rektoru,Xalq artisti Siyavuş Kərimi AMK nın fəxri medalını yazıçıya təqdim edib.Görûş tələbələr və Azərbaycan Milli Konservatoriyasının heyəti tərəfindən maraqla qarşılanıb.AMK tərkibində İncəsənət Gimnaziyasının BYB qrupu üzvləri və tələbələr yazıçıya suallar ünvanlayıb.

Ətraflı >>

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibəti ilə Azərbaycan Milli Konservatoriyası,Naxçıvan Dövlət Universitetinin əməkdaşlıq münasibətləri çərçivəsində mohtəşəm konsert baş tutub

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibəti ilə Azərbaycan Milli Konservatoriyası,Naxçıvan Dövlət Universitetinin əməkdaşlıq münasibətləri çərçivəsində mohtəşəm konsert baş tutub.Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli konservatoriyasının Muğam (xanəndə)kafedrasının müdiri, professor Mənsum İbrahimov, müəllimlər Azərbaycan Respublikasının Əməkdar artisti Təyyar Bayramov, Muğam Televiziya müsabiqəsinin qalibləri Günay İmamverdiyeva, Gülzar Fərəcova və Rəvanə Əmiraslanlının ifalarında bir-birindən zəngin xalq mahnıları […]

Ətraflı >>

Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Konservatoriyası arasındakı nümunəvi əməkdaşlıq əlaqələri mədəniyyət və incəsənət sahəsində öz bəhrəsini göstərir 

  Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Konservatoriyası arasında yaradılan səmərəli əməkdaşlıq münasibətlərinin nəticəsi olaraq Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyəti Naxçıvan Dövlət Universitetində ustad dərsləri keçiblər. Ustad dərslərdə Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli professor Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov, Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov, Əməkdar artist Kamran Kərimov […]

Ətraflı >>